Azərbaycanda 58 nəfər minaya düşərək həlak olub
Azərbaycanda 2023-cü il ərzində 58 nəfər mina və partlamamış hərbi sursatların qurbanı olub.
Adalet.az-ın xəbərinə görə, bununla bağlı “Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyi tərəfindən hazırlanan "Azərbaycanda minalar və partlamamış hərbi sursatlar probleminin həllinə yönəlmiş tədqiqata əsaslanan hesabat"da əksini tapıb.
İctimai Birliyin sədri Hafiz Səfixanovun təqdim etdiyi hesabata əsasən, ötən il minaya düşən 19 nəfər həlak olub, 39 nəfər yaralanıb. Zərərçəkənlərin hamısı kişilərdir.
Bildirilib ki, mina partlayışları Ağdam, Xocavənd, Tərtər, Laçın, Şuşa, Cəbrayıl, Kəlbəcər, Xocalı, Füzuli və Tovuz ərazilərində baş verib.
Qeyd edək ki, hesabata əsasən, Azərbaycan Avropada Ukrayna və Bosniyadan sonra mina problemindən ən çox əziyyət çəkən üçüncü dövlətdir.
Digər Xəbərlər
18 Sentyabr 2026 19:04
Bakıda kişi marketdə autizmli uşağının gözü qarşısında arvadını döydü - VİDEO
17 Sentyabr 2026 09:02
Lənkərandakı ağır qəzada ölənlərin kimliyi bilindi -YENİLƏNİB
17 Sentyabr 2026 08:51
19 yaşlı Xədicənin ölüm təfərrüatı: Qumbara evə necə gətirilib? – VİDEO
16 Sentyabr 2026 18:01
Avtomobillə toqquşan marşrut avtobusu aşdı - Yaralılar var - VİDEO
16 Sentyabr 2026 17:14
Badamdarda yaşayış binasında partlayış: xəsarət alan var
16 Sentyabr 2026 12:13
Mənzilin qapı zənginə oyanmayan uşağı - Xilasedicilər eyvandan girib oyatdı -VİDEO
16 Sentyabr 2026 11:13
Xınalıq yolunda sürüşmə oldu - VİDEO
15 Sentyabr 2026 17:13


Bakı -°C

