Azərbaycanda 4000-ə qədər istifadəçi hakerlərin hücumuna məruz qalıb
Dövlət qurumlarının əməkdaşları üçün həyata keçirilən “Kibergigiyena layihəsi”nə, “İnformasiya təhlükəsizliyinin təmini üzrə Təlimat”ın tətbiqinin təşviq edilməsinə, eləcə də həyata keçirilən digər maarifləndirmə tədbirlərinə baxmayaraq, 2024-cü il ərzində bir sıra dövlət qurumlarının əməkdaşları kibergigiyena qaydalarına riayət etməyərək 32 dövlət qurumunun ümumilikdə 134 əməkdaşı haker hücumlarının qurbanına çevrilib.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən Adalet.az-a verilən məlumata görə, bununla yanaşı internetdən istifadə edərkən informasiya təhlükəsizliyinə, fərdi kibergigiyena qaydalarına riayət etməyən vətəndaşlar da haker hücumlarının qurbanına çevrilirlər.
Haker hücumlarının qurbanına çevrilərək şəxsi kompüterlərindəki məlumatlarla yanaşı istifadəçisi olduqları dövlət qurumlarının elektron xidmətlərinə aid autentifikasiya (loqin, şifrə) və fərdi məlumatlarını da hakerlərin qurbanına çevirmiş vətədandaşların statistikası XRİTDX tərəfindən qeydiyyata alınmışdır. Belə ki, 2024-cü il ərzində vətəndaşlardan hakerlərə sızmış dövlət elektron xidmətlərinə aid məxsusi hesablarının sayı ümumilikdə 3798 olmuşdur.
XRİTDX tərəfindən hesabat dövrü ərzində aşkar edilmiş yoluxma halları ilə bağlı müvafiq dövlət qurumları məlumatlandırılmış fəsadların aradan qaldırılması üçün lazımi addımlar və bir sıra qurumlarda yerində yoxlama tədbirləri həyata keçirilmişdir.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti artan kibertəhdidlərə qarşı etibarlı mühafizənin təşkili və fərdi kibergigiyenanın gücləndirilməsi məqsədilə dövlət qurumlarına mərkəzləşdirilmiş antivirus sisteminə qoşulmağı, vətəndaşlara isə fərdi qaydada antiviruslardan istifadə etməyi, o cümlədən kiberhücumlardan qorunmaq üçün göndərilən şübhəli keçidlərə keçməməyi, saxta domenlər barədə məlumatları isə “blacklist.gov.az” platformasına göndərməyi tövsiyə edir.
Digər Xəbərlər
08 Sentyabr 2026 11:25
“Bakcell” “Peerstack Academy” tələbələri üçün hakaton keçirdi - FOTOLAR
08 Sentyabr 2026 07:02
Süni intellekt bu peşəni sərt şəkildə vurdu: 40 min gənc bir gecədə işsiz qaldı
04 Sentyabr 2026 11:12
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
01 Sentyabr 2026 08:27
Videoya baxmasalar da, “izlənmə” gələcək - Yutubda yeni dövr
30 Avqust 2026 15:10
"Telegram"dan bloklamalara qarşı yeni addım
29 Avqust 2026 09:00
İlk qatlanan “iPhone” təqdim ediləcək - Tarix açıqlandı
28 Avqust 2026 15:31
"Zimbra” istifadəçilərinə təhlükəsizlik barədə xəbərdarlıq edildi
28 Avqust 2026 13:01


Bakı -°C

