Azərbaycanda 3 günlük istirahət olacaq - Tarixlər
2026-cı ilin sonuna qədər qarşıda bir neçə qeyri-iş günü və ardıcıl istirahət günləri gözlənilir.
Adalet.az xəbər verir ki, oktyabr ayında beşgünlük iş rejimində çalışanlar ümumilikdə 9 gün, altıgünlük iş həftəsi üzrə çalışanlar isə 4 gün istirahət edəcəklər.
Noyabrda isə istirahət günlərinin sayı daha çox olacaq. Ay ərzində Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar ardıcıl üç qeyri-iş günü olacaq. Belə ki, noyabrın 8-i və 9-u qeyri-iş günləridir, noyabrın 10-u da istirahət gününə düşür.
Bununla yanaşı, noyabr ayında beşgünlük iş həftəsi ilə çalışanların ümumilikdə 11, altıgünlük iş həftəsi ilə işləyənlərin isə 7 istirahət günü olacaq.
Dekabr ayında beşgünlük iş rejimində çalışanlar üçün 9, altıgünlük iş həftəsi üzrə çalışanlar üçün isə 5 qeyri-iş günü nəzərdə tutulub. Dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü olduğundan həmin gün də iş günü sayılmır.
Beləliklə, ilin son üç ayında iş rejimindən asılı olaraq qeyri-iş günlərinin sayı fərqli olacaq
Digər Xəbərlər
28 Sentyabr 2026 10:39
Prezident onlara ali hərbi və xüsusi rütbələr verdi
28 Sentyabr 2026 09:55
Daha bir qrup ukraynalı uşaq bu gün Azərbaycana gətiriləcək
28 Sentyabr 2026 09:31
Bakının bu ərazilərində işıq olmayacaq
27 Sentyabr 2026 16:34
Səhiyyə Nazirliyinin rəhbərliyi Zəfər parkını ziyarət edib - FOTOLAR
27 Sentyabr 2026 13:38
Xankəndidə Zəfər parkına yürüş - FOTOLAR
27 Sentyabr 2026 12:44
Əli Nağıyev və Orxan Sultanov Zəfər parkını ziyarət ediblər - FOTO
27 Sentyabr 2026 12:11
Prezidentin Zəfər Parkına ziyarətinin videosu PAYLAŞILDI
27 Sentyabr 2026 12:00


Bakı -°C

