Azərbaycanda 3 gün ərzində 64 mindən artıq ağac əkilib
"Təbiət könüllüsü, yaz əkininə sən də qoşul!” devizi altında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 7 rayonda ağac əkini həyata keçirilib.
Adalet.az-ın məlumatına görə, bunu jurnalistlərə ETSN-nin Meşələrin İnkişafı Departamentinin əkin sektorunun müdiri Rəhim İbrahimov bildirib.
O qeyd edib ki, Şəki, Quba, Tovuz, Şamaxı, Ağcabədi, Sabirabad və Lənkəran rayonlarında keçirilən aksiyalar zamanı Regional Meşə Təsərrüfatı Mərkəzləri və yerli idarəetmə orqanlarının əməkdaşları tərəfindən ümumilikdə 60 hektar ərazidə 64 120 ədəd müxtəlif meyvə və meşə cinsli ağaclar əkilib. Ən çox ağac 19 980 ədəd təkcə Ağcabədi rayonunda əkilib.
R.İbrahimov əlavə edib ki, mövsüm ərzində ağac əkini respublikanın bütün rayonlarını əhatə edəcək.
Digər Xəbərlər
28 Aprel 2024 14:46
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
26 Aprel 2024 16:24Xocalı al lalələrlə bəzənib - FOTOLAR
26 Aprel 2024 13:15Növbəti köç karvanı Füzuliyə çatdı - FOTOLAR - YENİLƏNİB
26 Aprel 2024 12:51Bakıda 32 dərəcə isti olacaq
26 Aprel 2024 10:27