Azərbaycanda 3 564 nəfər COVID-19-a yoluxub - 19 nəfər vəfat edib
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 564 yeni yoluxma faktı qeydə alınıb, 1 004 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 647 073 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 621 186 nəfər müalicə olunaraq sağalıb, 8 683 nəfər vəfat edib, aktiv xəstə sayı 17 204 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 445, ötən müddət ərzində isə ümumilikdə 6 119 861 test aparılıb.
Digər Xəbərlər
17 Dekabr 2025 14:45
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi - FOTOLAR
16 Dekabr 2025 18:13
6 yaşlı Ucalın köməyinizə ehtiyacı var - FOTO
16 Dekabr 2025 10:07
Xəstənin yaşayış yerində epidemioloqun vəzifələri
16 Dekabr 2025 10:02


Bakı -°C

