Azərbaycanda 179 naməlum şəhid məzarı aşkarlanıb
"Azərbaycan Dövlət Komissiyası hazırda naməlum məzarların müəyyənləşdirməsi sahəsində ciddi iş aparır”.
Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, işçi qrupunun rəhbəri İsmayıl Axundov deyib. Onun sözlərinə görə, Dövlət Komissiyası Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafında olan 7 rayonda araşdırma apara bilmir: "Buna səbəb həmin ərazilərin Ermənistan hərbçilərinin nəzarətində olmasıdır”.
İ.Axundov bildirib ki, komissiya tərəfindən işğal olunmuş ərazilərdən kənarda aparılan araşdırmalar nəticəsində 179 naməlum şəhid məzarı müəyyənləşdirilib və GPS koordinatları çıxarılıb: "Əldə etdiyimiz məlumatlara əsasən həmin məzarlardan üçü naməlum şəkildə dəfn edilmiş uşaqlara aiddir”.
Digər Xəbərlər
30 Aprel 2024 11:53
Ötən gün 3 azyaşlı xilas edildi - VİDEO
30 Aprel 2024 11:30Azərbaycanda sevgilisi tərəfindən yandırılan qadın ölüb
30 Aprel 2024 10:10Bakıda zəncirvari qəza: 9 avtomobil toqquşdu
30 Aprel 2024 10:02Sumqayıtda 5 ədəd qumbara tapıldı - VİDEO
30 Aprel 2024 09:53