Azərbaycan XİN-dən Qarabağın erməni sakinlərinə ÇAĞIRIŞ
"Biz erməni sakinləri öz yaşayış yerlərini tərk etməməyə və multietnik Azərbaycan cəmiyyətinin bir hissəsi olmağa çağırırıq".
Adalet.az-ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın baş naziri Nikol Paşinyana cavabında bildirilib.
Qeyd olunub ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin gedişinin onların şəxsi və fərdi qərarı olduğu, bunun məcburi yerdəyişmə ilə heç bir əlaqəsi olmadığı baş nazir Paşinyana yaxşı məlumdur: "Əgər erməni sakinlərinin hansısa seqmenti Azərbaycan qanunvericiliyi və hakimiyyəti çərçivəsində yaşamaq və ona tabe olmaq istəmirsə, onları buna məcbur edə bilmərik. Bunun əksinə, biz erməni sakinləri öz yaşayış yerlərini tərk etməməyə və multietnik Azərbaycan cəmiyyətinin bir hissəsi olmağa çağırırıq".
Vurğulanıb ki, Ermənistan regionda sülhün və təhlükəsizliyin bərqərar olması üçün erməni sakinlərin reinteqrasiya prosesinə maneələri aradan qaldırmalı və hər iki ölkənin ərazi bütövlüyü və suverenliyinə əsaslanan sülh müqaviləsi üzrə danışıqlar prosesinin uğurla başa çatmasına fokuslanmalıdır.
Digər Xəbərlər
10 Sentyabr 2026 20:19
Azərbaycanda doğum nisbəti və təbii artım azalıb
10 Sentyabr 2026 17:44
Bu qədər uşaq nikahdankənar doğulub
10 Sentyabr 2026 17:10
1 yaşına çatmadan ölən uşaqların sayı açıqlandı
10 Sentyabr 2026 16:30
Gizli səsyazısı məhkəmədə sübut sayıla bilər?
10 Sentyabr 2026 16:02
"İçərişəhər"ə niyə 300 maşın buraxılır?
10 Sentyabr 2026 15:52
Qardaşımın qanı yerdə qalmayacaq! - Ucalın bacısı
10 Sentyabr 2026 14:12
Səhiyyə naziri UNOPS-un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü
10 Sentyabr 2026 11:11


Bakı -°C

