adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
21 May 2020 16:26
49632
LAYİHƏ

Azərbaycan Xalq Cümhuriyyətinin yüz il bundan öncəki tarixinə baxış

(əvvəli ötən sayımızda)

AXC Parlamentinin ilk təsisiclası 1918-ci il dekabr ayının 7-də Bakıda Tağıyev qız məktəbində oldu.Parlamentin ilk iclasında Əlimərdan bəy Topçubaşov sədri, Həsən bəy Ağayev sədrinbirinci müavini seçildilər. Azərbaycan parlamentinin qanunvericilik və mərkəzidövlət orqanlarını formalaşdırmaq, onların səlahiyyətini müəyyən etməkfunksiyasından başqa bu və ya digər orqanın hesabatını dinləyib, onlar haqqındamüvafiq qərar qəbul etmək, eləcə də ali dövlət nəzarətini həyata keçirməkfunksiyaları var idi.

AzərbaycanXalq Cümhuriyyəti Parlamenti on bir fraksiyadan ibarət idi: 1. Müsavat və Bitərəflərfraksiyası. 2. İttihad fraksiyası. 3. Əhrar fraksiyası. 4. Sosialistlərfraksiyası. 5. Bitərəflər. 6. Müstəqillər.7. Sol müstəqil. 8. Slavyan - Rus İttifaqı fraksiyası. 9. Milli azlıqlarfraksiyası. 10. Erməni fraksiyası. 11. Daşnaksütyun fraksiyası. Parlamentin fəaliyyətidövründə 145 iclası keçirilmişdir. Müəyyən səbəblərdən iclaslardan 15-i baştutmamışdır. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fəaliyyəti dövründəmüzakirəyə 270-dən çox qanun layihəsi çıxarılmış, onlardan təxminən 230-u qəbuledilmişdir. Dekabrın 26-da Fətəli xan Xoyski üçüncü hökumət kabinəsininproqramı və tərkibi barədə Parlamentdə çıxış etdi.

Müzakirələrdən sonra ParlamentFətəli xan Xoyski Hökumətinə etimad göstərdi. Hökumətdə Fətəli xan Xoyski Başnazir portfeli ilə yanaşı xarici işlər naziri vəzifəsini də tutdu. Üçüncü Hökumətkabinəsində Xəlil bəy Xasməmmədov - daxili işlər naziri; İ.Protasov - maliyyənaziri; Xudadat bəy Məlik-Aslanov - yollar naziri; Nəsib bəy Yusifbəyli -maarif və dini etiqad naziri; Aslan bəy Səfikürdski - poçt-teleqraf və əməknaziri; Səməd bəy Mehmandarov - hərbi nazir; Rüstəm xan Xoyski - himayədarlıqnaziri; Yevsey Gindes - xalq səhiyyəsi naziri; Mirzə Əsədullayev - ticarət və sənayenaziri; Məmmədhəsən Hacınski - dövlət nəzarəti naziri; Konstantin Lizqar - ərzaqnaziri; Xosrov bəy Sultanov - əkinçilik və dövlət əmlakı naziri; Teymur bəyMakinski - ədliyyə naziri vəzifələrini tutdular. Dördüncü hökumət kabinəsinin təşkiliNəsib bəy Yusifbəyliyə tapşırıldı. 1919-cu il aprelin 14-də o, yeni yaratdığıkabinənin üzvlərini Parlamentə təqdim etdi. Nəsib bəy Yusifbəyli təşkil etdiyiHökumətdə Nazirlər Şurasının sədri və daxili işlər naziri vəzifələrini tutdu.

Digər vəzifələr aşağıdakı kimibölündü: Əlağa Həsənov - maliyyə naziri; Ağa Əminov - ticarət və sənaye naziri;Məmməd Yusif Cəfərov - xarici işlər naziri; Xudadat bəy Məlik-Aslanov - yollarnaziri; Camo bəy Hacınski - poçt və teleqraf naziri; Səməd bəy Mehmandarov - hərbinazir; Viktor Klenevski - himayədarlıq naziri; Abram Dastakov - səhiyyə naziri;Rəşid xan Qaplanov - maarif və dini etiqad naziri; Aslan bəy Qardaşov - əkinçilikvə dövlət əmlakı naziri; Nəriman bəy Nərimanbəyli - dövlət nəzarəti naziri;Aslan bəy Səfikürdski - ədliyyə və əmək naziri; X.Amaspür - portfelsiz nazir.Sonradan Məmmədhəsən Hacınski daxili işlər naziri olmuşdur.

1920-ci il dekabrın 22-dəözünün ikinci, Cümhuriyyətin isə sayca beşinci hökumət kabinəsini təşkil edən Nəsibbəy Yusifbəyli həmin Hökumətə 1920-ci il martın axırına qədərbaşçılıq etdi.

Nəsib bəy Yusifbəylinin HökumətindəFətəli xan Xoyski - xarici işlər naziri; Səməd bəy Mehmandarov- hərbi nazir; MəmmədHəsən Hacınski - daxili işlər naziri; Xəlil bəy Xasməmmədov - ədliyyə naziri; Rəşidxan Qaplanov - maliyyə naziri; Həmid bəy Şaxtaxtinski - maarif və dini etiqadnaziri; Əhməd bəy Pepinov - əkinçilik və əmək naziri; Xudadat bəy Məlik-Aslanov- yollar naziri (eyni zamanda, müvəqqəti olaraq ticarət, sənaye və ərzaqnaziri); Camo bəy Hacınski - poçt və teleqraf naziri; Musa bəy Rəfiyev - səhiyyəvə himayədarlıq naziri; Heybətqulu bəy Məmmədbəyov - dövlət nəzarəti naziri vəzifələrinitutdular. 1920-ci il fevralın 18-dən Mustafa bəy Vəkilov daxili işlər naziri vəMəmməd Həsən Hacınski - ticarət, sənaye və ərzaq naziri, martın 5-dən isə NurməmmədŞahsuvarov - maarif və dini etiqad naziri vəzifələrini tutmuşlar.

Mövcud olduğu 23 ay ərzindəCümhuriyyət Hökuməti bir sıra cari təsərrüfat məsələlərinin həllində mühümuğurlar qazanmışdı. Azərbaycanda neft sənayesi ağır vəziyyətdən çıxarılmış,dağıdılmış Bakı - Batum neft kəməri bərpa olunmuş, Bakı - Culfa dəmiryoluinşası davam etdirilmiş, Kür çayı üzərində körpü salınmış, Azərbaycan DövlətBankı yaradılmış, milli pul nişanları buraxılmış, Xəzər dəniz gəmiçiliyiinkişaf etdirilmişdi.

1918-ci ildə Cümhuriyyətin ərazisi113,9 min kv. km-ə bərabər idi (o cümlədən, mübahisəsiz ərazi 97,3 min kv. km;mübahisəli ərazi 16,6 min kv. km). AXC yaşadığı qısa dövr ərzində ərazisini vəsərhədlərini qorumaq sahəsində mühüm işlər gördü.

1920-ci il yanvarın 11-də ParisSülh Konfransında Lord Corc Kerzonun təklifilə müttəfiqlərin Ali Şurası Azərbaycanınmüstəqilliyini de-fakto tanınması 1919-cu ilin payızından etibarən dəyişənsiyasi vəziyyətlə yanaşı, Azərbaycan diplomatiyasının mühüm uğuru, onun ParisSülh Konfransındakı say etibari ilə kiçik olan heyətinin böyük qələbəsi idi.1920-ci il yanvarın 2-də RSFSR xalq xarici işlər komissarı G.Çiçerin Denikininordusuna qarşı hərbi ittifaq bağlamaq təklifilə Azərbaycan hökumətinə nota göndərdi.

Notanı göndərnəkdə əsas məqsədAzərbaycanı Rusiyanın daxili münaqişələrinə cəlb etmək və bununla da gələcəkdəAzərbaycanı işğal etmək idi. Çiçerin notasının əsas məqsədini düzgün başa düşənAXC hökuməti bu təklifi Azərbaycanın Rusiyanın daxili işlərinə müdaxiləsi kimiqiymətiləndirərək rədd etdi.

F.Xoyski özünün 1920-ci il 14yanvar tarixli cavab məktubunda məhz bu faktı vurğulayırdı ki, Denikin məsələsiRusiya dövlətinin daxili işidir və Azərbaycan suveren dövlət kimi başqa suverendövlətin daxili işlərinə müdaxiləyə yol verə bilməz. 1920-ci il yanvar ayının23-də ikinci, fevral ayının 20-də isə Azərbaycana üçüncü nota göndərən sovetRusiyası Azərbaycana təzyiqini daha da artırdı. 1920-ci il aprelin 26-dan 27-nəkeçən gecə, sovet qoşun birləşmələri, başda "III İnternasional"olmaqla zirehli qatarlar qrupu Samur çayı üzərindəki sərhəd körpüsünü keçərəkAzərbaycan torpağına hərbi təcavüzə etdi. Məhz bu hərbi təcavüz nəticəsində AXChakimiyyəti süqut etmişdir.

1991-ci ildə Sovet SosialistRespublikaları İttifaqı dağılması nəticəsində, Azərbaycan xalqı Şimali Azərbaycandadövlət müstəqilliyini yenidən bərpa etdi. Azərbaycan Respublikası AzərbaycanXalq Cümhuriyyətinin varisidir. 26 ildir Azərbaycan Respublikası öz müstəqillikyolunda inamla irəliləməkdədir.


Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.