Yaxın Şərqdə qalan Azərbaycan vətəndaşları üçün təxliyə reysi həyata keçirilir
4 mart 2026-cı il, Bakı – Yaxın Şərqdə yaranmış vəziyyətlə əlaqədar olaraq uçuşları ləğv olunmuş ölkə vətəndaşlarının Azərbaycan tərəfindən Səudiyyə Ərəbistanının Ciddə şəhərindən Bakıya təhlükəsiz təxliyəsi həyata keçirilir.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Adalet.az-a bildirilib ki, sərnişinlər sözügedən istiqamətlər üzrə əldə etdikləri aviabiletləri heç bir cərimə ödəmədən geri qaytara və ya dəyişdirə bilərlər.
Belə ki, AZAL-a məxsus “Boeing 787 Dreamliner” təyyarəsinin yaxın saatlarda Heydər Əliyev Beynəlxalq Aeroportuna enişi gözlənilir. Təxliyə reysi vasitəsilə ümumilikdə 209 vətəndaşın ölkəyə qayıdışı təmin edilir.
Hazırda AZAL ölkənin milli aviadaşıyıcısı olaraq müvafiq qurumlar tərəfindən müəyyən edilmiş prosedurlara uyğun olaraq reyslərin təhlükəsiz və planlı şəkildə icrasını həyata keçirir.
Qeyd edək ki, növbəti günlərdə Yaxın Şərqin digər istiqamətlərindən Bakıya təxliyə reysləri planlaşdırılır.
Əlavə sual yaranarsa, [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət etmək mümkündür.
Digər Xəbərlər
04 Mart 2026 19:56
Azərbaycan və Britaniya süni intellekt sahəsində əməkdaşlığı müzakirə edib
04 Mart 2026 19:35
Ramazan ayının 15-ci gününün duası - İmsak və iftar vaxtı
04 Mart 2026 18:35
WUF13-ə hazırlıq məsələlərinə dair məruzələr dinlənilib
04 Mart 2026 17:33
Nəqliyyat sahəsində yeni dövlət standartları qəbul edildi
04 Mart 2026 17:22
Keçmiş məcburi köçkünlər mina təhlükəsi ilə bağlı maarifləndirildi
04 Mart 2026 17:16
Qatarların hərəkət cədvəlində dəyişiklik edildi
04 Mart 2026 16:01
"Nazirlikdə 64-ü rəhbər vəzifələrdə olmaqla 4134 qadın əməkdaş xidmət edir" - General
04 Mart 2026 15:50


Bakı -°C

