Azərbaycan Universitetinə “QS Stars” mükafatı təqdim olunub
25-26 noyabr tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində yerləşən Mərkəzi Asiya Universitetində keçirilən “QS Avrasiya Forumu 2025” tədbiri çərçivəsində Azərbaycan Universitetinə “QS 4 Stars” mükafatı təqdim olunub. Universitetin fəaliyyətinin “QS Stars” 4 ulduzla qiymətləndirildiyini təsdiq edən sertifikatı “Quacquarelli Symonds” təşkilatının prezidenti və idarə heyətinin sədri Nunzio Quacquarelli Azərbaycan Universitetinin rektoru Səadət Əliyevaya təqdim edib.
Bu mükafat Azərbaycan Universitetinin tədrisin keyfiyyəti, beynəlmiləlləşmə, tələbə məmnuniyyəti və institusional inkişaf üzrə əldə etdiyi uğurların beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. Universitetin QS Stars qiymətləndirməsində yüksək nəticə əldə etməsi onun fəaliyyətinin beynəlxalq standartlara uyğunluğunu təsdiqləyir, qlobal təhsil məkanında nüfuzunun artmasına və xarici tərəfdaşlarla əməkdaşlıq imkanlarının daha da genişlənməsinə töhfə verir.
“Quacquarelli Symonds” tərəfindən hazırlanan və dünyanın ən nüfuzlu beynəlxalq qiymətləndirmə sistemi olan “QS Stars” universitetlərin fəaliyyətini çoxsaylı meyarlar üzrə qiymətləndirir. Buraya tədqiqat fəaliyyəti, tədrisin keyfiyyəti, infrastruktur, müxtəliflik, bərabərlik və inklüzivlik, beynəlmiləlləşmə, məzunların məşğulluğu, qlobal iştirak və bu kimi meyarlar daxildir. QS beynəlxalq qiymətləndirmə sistemi universitetlərin güclü tərəflərini obyektiv şəkildə göstərməklə, beynəlxalq mühitdə rəqabət qabiliyyətini artırır və onların qlobal səviyyədə tanınmasına töhfə verir.
Qeyd edək ki, Azərbaycan Universitetinin rektoru Səadət Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti “QS Avrasiya Forumu 2025”də iştirak edib. Rektor Səadət Əliyeva forum çərçivəsində təşkil olunan “Sərhədləri aşan qadınlar: Avrasiya ali təhsilində yenilik yaradanlar” (Breaking barriers: Women shaping Eurasian higher education) adlı panel müzakirəsində çıxış edib.
Digər Xəbərlər
12 Yanvar 2026 17:41
Növbəti tədris ili üzrə Dövlət Proqramının əhatə etdiyi universitet və proqramların siyahısı
10 Yanvar 2026 13:35
Təhsil sənədləri “mygov” üzərindən təqdim olunacaq
09 Yanvar 2026 12:37
Azərbaycanda kağız formada diplomlar verilməyəcək - YENİLİK
08 Yanvar 2026 20:51
Bu təhsil idarəsinə yeni sektor müdiri təyin edildi
08 Yanvar 2026 15:24
İlham Əliyevin elm, təhsil və gənclərlə bağlı strateji baxışı, dayanıqlı inkişafın əsas sütunlar
07 Yanvar 2026 16:44
Azərbaycanda 300-dən çox qadın fəlsəfə doktoru olub
06 Yanvar 2026 15:29
Zemfira Vəliyeva vəfat etdi
05 Yanvar 2026 18:12


Bakı -°C

