Azərbaycan Universitetində “Süni zəka” mövzusunda təlim
Azərbaycan Universitetində akademik və inzibati heyət üzvləri üçün “Praktiki süni zəka” mövzusunda təlim təşkil olunub. Təlimin məqsədi peşəkar fəaliyyətdə süni zəka alətlərindən effektiv istifadəni təşviq etmək və universitet əməkdaşlarını süni zəka alətlərinin praktiki imkanları ilə tanış etmək olub. Keyfiyyət təminatı şöbəsinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbirdə ASAN İnnovativ İnkişaf Mərkəzinin təlimçisi Nofəl Əliyev təqdimatla çıxış edib.
Tədbirdə qeyd olunub ki, 2022-ci ildən başlayaraq generativ platformaların açıq istifadəyə verilməsi nəticəsində süni zəka artıq yalnız texniki mütəxəssislərin deyil, geniş istifadəçi kütləsinin də gündəlik iş alətinə çevrilib. Süni intellekt texnologiyalarının təhsil sisteminə inteqrasiyası təhsil resurslarının səmərəliliyini artırır.
Təqdimatda süni zəka anlayışı və onun tarixi inkişaf mərhələləri haqqında məlumat verilib, iştirakçılara iş proseslərinin optimallaşdırılması istiqamətində müxtəlif süni zəka alətləri, o cümlədən real keyslər təqdim olunub. Həmçinin süni zəkanın əsas prinsipləri, generativ süni zəka alətlərindən istifadə, effektiv sorğu (prompt) yazma yanaşmaları, eləcə də biznes və marketinq sahəsində tətbiqi istiqamətləri izah olunub.
İnteraktiv formatda təşkil olunan təlim mövzuya dair fikir mübadiləsi ilə davam edib.
Digər Xəbərlər
23 Mart 2026 12:12
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak etdi - FOTOLAR
19 Mart 2026 10:39
Dövlət qulluqçularının əməkhaqqı sistemində əlavələr ləğv edildi
18 Mart 2026 19:00
Ağalı kənd məktəbinə yeni direktor təyin edildi
18 Mart 2026 11:15
TKT imtahanına qeydiyyat aparılır
17 Mart 2026 14:47
Azərbaycan Universitetində Dünya Sosial İş Günü qeyd olunub
17 Mart 2026 14:20
Xaricdə ali təhsil alan 181 nəfər peşə tanınması imtahanı verib
17 Mart 2026 13:23
Məktəbdə uşağı döyənlər 200 manat cərimələnəcək
17 Mart 2026 12:04


Bakı -°C

