Azərbaycan Universitetində orqan donorluğu mövzusunda maarifləndirici tədbir keçirilib
Azərbaycan Universitetində Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin (ODTKM) təşəbbüsü ilə “Həyat bəxş edən donorluq” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva, professor-müəllim, tələbə heyəti və mərkəzin nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımov açaraq orqan donorluğunun cəmiyyət üçün mühüm mənəvi və sosial məsələ olduğunu qeyd edib və bu sahədə maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayıb.
Mərkəzin sədr müavini Günay Abbasova çıxışında Azərbaycanda orqan transplantasiyasının tarixi, mərkəzin yaradılması, məqsədi, fəaliyyəti, ölkədə orqan donorluğunun mövcud vəziyyəti, qarşıya qoyulan hədəflər barədə məlumat verib, ölkədə aparılan transplantasiya əməliyyatları ilə bağlı statistikanı diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan Cənubi Qafqaz regionunda orqan transplantasiyası üzrə lider ölkədir. Meyit donordan orqan götürülməsi ilk olaraq Azərbaycanda uğurla icra edilib. Bir səhiyyə sisteminin ən yüksək zirvəsi ürək transplantasiyasıdır və Azərbaycan artıq bu uğura imza atıb.
Günay Abbasova qeyd edib ki, Azərbaycanda orqan donorluğu və transplantasiya sahəsi qanunvericiliklə ciddi şəkildə tənzimlənir. Hazırda transplantasiya əməliyyatları qanunvericiliyə uyğun şəkildə və dövlət hesabına aparılır. Belə ki, transplantasiya əməliyyatları icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilib. Dövlət nəzarəti bu proseslərin düzgün və etibarlı şəkildə həyata keçirilməsini təmin edir.
Daha sonra Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin həkim-koordinatoru Mehriban Əliyeva çıxış edərək orqan donorluğunun tibbi, hüquqi və mənəvi tərəfləri barədə məlumat verib. O, donorluqda tətbiq edilən “opt-in” və “opt-out” sistemlərini izah edib, dünyanın müxtəlif ölkələrindəki təcrübə ilə tədbir iştirakçılarını tanış edib.
Tədbirin interaktiv hissəsində müəllim və tələbələrin sualları cavablandırılıb. İnteraktiv sessiyada fəal iştirak edən tələbələrə və universitet əməkdaşlarına orqan donorluğuna dair simvolik hədiyyələr təqdim olunub.
Sonda maarifləndirmə təşəbbüsünə dəstək vermək istəyən bir qrup tələbə Səhiyyə Nazirliyi Kollegiyası tərəfindən təsdiq edilmiş ölümdən sonra donor olmaq haqqında razılıq ərizələrini imzalayıb.
Digər Xəbərlər
12 Yanvar 2026 17:41
Növbəti tədris ili üzrə Dövlət Proqramının əhatə etdiyi universitet və proqramların siyahısı
10 Yanvar 2026 13:35
Təhsil sənədləri “mygov” üzərindən təqdim olunacaq
09 Yanvar 2026 12:37
Azərbaycanda kağız formada diplomlar verilməyəcək - YENİLİK
08 Yanvar 2026 20:51
Bu təhsil idarəsinə yeni sektor müdiri təyin edildi
08 Yanvar 2026 15:24
İlham Əliyevin elm, təhsil və gənclərlə bağlı strateji baxışı, dayanıqlı inkişafın əsas sütunlar
07 Yanvar 2026 16:44
Azərbaycanda 300-dən çox qadın fəlsəfə doktoru olub
06 Yanvar 2026 15:29
Zemfira Vəliyeva vəfat etdi
05 Yanvar 2026 18:12


Bakı -°C

