Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərib
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib.
Adalet.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev sosial şəbəkə hesabında məlumat verib.
Onun sözlərinə görə, humanitar yardıma 17 ədəd generator, 4 ədəd daşınabilən enerji sistemi və digər enerji avadanlıqları daxildir.
“Azərbaycana hökumətinə, müəssisələrinə, təşkilatlarına və bütün Azərbaycan xalqına Ukraynaya davamlı dəstəyə görə səmimi minnətdarlığı bildirirəm”, - səfir qeyd edib.
Qeyd edək ki, Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yardımlar göndərib.
Digər Xəbərlər
03 Fevral 2026 16:11
Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib
03 Fevral 2026 15:52
Baş prokuror İmişlidə vətəndaşları qəbul etdi
03 Fevral 2026 14:39
Beynəlxalq media Türkiyədə zəlzələ sonrası bərpa işlərini izləyəcək
03 Fevral 2026 12:40


Bakı -°C

