Baş nazirdən icra məmurları ilə bağlı qərar
Xüsusi icra məmurunun vahid geyim formasının və nişanının, habelə xüsusi icra məmurunun köməkçisinin nişanının təsvirləri təsdiq edilib.
Adalet.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, xüsusi icra məmurunun vahid geyim forması gündəlikdir, yay və qış dəstlərindən ibarətdir. Geyim formaları təbii və keyfiyyətli (möhkəmlilik və davamlılıq xüsusiyyətləri, habelə aşınma müqaviməti olan, qırışlar yaratmayan, yuyulduqdan sonra ölçüləri dəyişməyən, rəngi solmayan və qarışmayan, təri yaxşı qəbul edən, spesifik qoxusu olmayan, sürtünmə nəticəsində elektrikləşməyən) parçadan tikilməli və sağlamlığa mənfi təsir göstərməməlidir.
Qış dəstinə beysbolka, istiləşdirilmiş gödəkçə, yaz-payız gödəkçəsi (qolsuz), uzunqol üçdüymə köynək, şalvar (qadınlar üçün yubka və şalvar) və ayaqqabı aiddir.
Yay dəsti beysbolka, qısaqol üçdüymə köynək, şalvar (qadınlar üçün yubka və şalvar) və ayaqqabıdan ibarətdir.
Nişanlar rezin (qara) və metal (ağımtıl şəffaf) kombinasiyalı materialdan hazırlanmaqla, qalxanvarı formadadır, uzunluğu 80 mm, eni 65 mm-dir, üzərindəki yazılar lazer üsulu ilə həkk edilir.
Xüsusi icra məmurunun nişanının üzərində gümüşü rəngdə "Xüsusi icra məmuru" sözləri, böyük hərflərlə soyadı, adı, atasının adı və reyestr nömrəsi göstərilir. Nişana, həmçinin reyestr nömrəsinin həqiqiliyinin yoxlanılmasına imkan verən QR kod əlavə edilir.
Xüsusi icra məmurunun və onun köməkçisinin nişanları geyim formasının sol döş hissəsinə asılmalıdır (bərkidilməlidir, yapışdırılmalıdır). Təsvirlər dövlət icra məmurlarına şamil edilmir.
Digər Xəbərlər
03 Fevral 2026 12:40
Azərbaycanda gənclərin neçə faizi işsizdir? - AÇIQLAMA
03 Fevral 2026 12:10
İntensiv yağış və qar yağacaq - XƏBƏRDARLIQ
03 Fevral 2026 11:55
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət etdi
03 Fevral 2026 11:21
FHN hava ilə bağlı əhaliyə müraciət etdi
03 Fevral 2026 11:16
Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı - FOTO
03 Fevral 2026 10:35
BNF Azərbaycanın sessiyaya sədrliyini yüksək qiymətləndirdi
02 Fevral 2026 18:51
Qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
02 Fevral 2026 17:00


Bakı -°C

