adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
29 Avqust 2014 20:56
8513
İDMAN

Azərbaycan pilotları beynəlxalq yarışlarında iştirak edəcəklər

Azərbaycanpilotları avqustun 30-31-də Türkiyənin Rizə vilayətinin Ardeşen rayonunda keçiriləcək3-cü Beynəlxalq Ardeşen Offroad Yarışlarında iştirak edəcəklər. AzərbaycanAvtomobil Federasiyasından verilənməlumata görə, federasiyanın dəstəyi ilə milli komandamız bu yarışda rəqibheyətlərlə mübarizə aparacaq.

 

Üçüncü Beynəlxalq Ardeşen Offroad Yarışlarında Türkiyə, Azərbaycandanbaşqa Gürcüstan, İran və Ermənistan pilotları da mübarizə aparacaqlar.

 

Xatırladaq ki, 2012-ci ildə keçirilmiş 2-ci Beynəlxalq ArdeşenOffroad Yarışlarında Azərbaycan ekipajı gümüş medal qazanmışdı.