Azərbaycan Paris Olimpiadasını 30-31-ci pillələrdə başa vurdu - YENİLƏNİB
Azərbaycanın "Paris-2024" Yay Olimpiya Oyunlarında medal sıralamasındakı yekun mövqeyi bəlli olub.
Adalet.az xəbər verir ki, olimpiadada 7 medal qazanan ölkəmiz Xorvatiya ilə birlikdə 30-31-ci yerləri bölüşdürüb.
Azərbaycan komandasının heyətində cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram), sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) isə bürünc medala sahib çıxıblar.
Bununla da Azərbaycan medal əyarına görə Tokio olimpiadasındakı nəticəsini yaxşılaşdırıb. İdmançılarımız 2021-ci ildə Yaponiya paytaxtında keçirilmiş yarışda 3 gümüş və 4 bürünc mükafata sahib çıxmış, medal sıralamasında 67-ci olmuşdular.
Qeyd edək ki, Azərbaycan "Paris-2024" Yay Olimpiya Oyunlarında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunub.
***16:39
Paris-2024 Yay Olimpiya Oyunlarında Azərbaycan təmsilçiləri çıxışlarını başa vurub.
Adalet.az xəbər verir ki, ümumilikdə 48 idmançımızdan 7-si aktivinə medal yazdırmağı bacarıb.
Azərbaycan hazırda medal sıralamasında 28-cidir.
Medal qazanmış idmançılarımızın siyahısını təqdim edirik:
Cüdo:
Hidayət Heydərov (73 kq) - qızıl
Zelim Kotsoyev (100 kq) - qızıl
Boks:
Alfonso Dominges (92 kq) - gümüş
Taekvondo:
Qaşım Maqomedov (58 kq) - gümüş
Yunan-Roma güləşi:
Həsrət Cəfərov (67 kq) - bürünc
Sərbəst güləş:
Giorgi Meşvildişvili (125 kq) - bürünc
Maqomedxan Maqomedov (97 kq) - bürünc
Digər Xəbərlər
16 Fevral 2026 19:11
"Sabah" qələbə qazandı
16 Fevral 2026 18:20
Ərəblər ispaniyalı baş məşqçini qovdular
16 Fevral 2026 17:59
Mehriban Əliyeva yenidən Gimnastika Federasiyasının prezidenti seçildi
16 Fevral 2026 17:39
Messi və Serxio Buskets tandemi dünya rekordunu yenilədi
16 Fevral 2026 16:29
"Şamaxı" "Turan Tovuz"la qolsuz heç-heçə etdi
16 Fevral 2026 15:49
AFFA rəsmisi "Qalatasaray"ın "Yuventus"la matçına təyinat aldı
16 Fevral 2026 13:28
“Qarabağ” - “Nyukasl” oyununu bu hakimlər idarə edəcək
16 Fevral 2026 12:07


Bakı -°C

