Azərbaycan Özbəkistanla beynəlxalq daşımalarda tam elektron icazəyə keçir
Azərbaycanla Özbəkistan 2025-ci il sentyabrın 1-dən avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları sahəsində elektron “İcazə” blanklarına tam keçid barədə razılıq əldə ediblər.
Adalet.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Bu barədə qərar fevralın 19-da beynəlxalq avtomobil əlaqələri sahəsində Azərbaycan-Özbəkistan Qarışıq Komissiyasının videokonfrans formatında keçirilən növbəti iclasında qəbul olunub.
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində qəbul edilən qərarlar əsasında beynəlxalq yük daşımalarına hüquq verən “İcazə” blanklarının elektron şəkildə mübadiləsinə və verilməsinə imkan verən “e-Permit sistemi” yaradılıb.
Ötən müddət ərzində müvafiq təşkilati və texniki işlər görülüb, ölkələr arasında məlumat mübadiləsinə imkan verən elektron sistem qurulub.
14 yanvar 2025-ci il tarixində Özbəkistan-Azərbaycan marşrutu üzrə Azərbaycan daşıyıcısının, 27 yanvar 2025-ci il tarixində isə Özbəkistan daşıyıcısının iştirakı ilə elektron “İcazə” blanklarından istifadə olunmaqla ilk sınaq daşımalar uğurla həyata keçirilib.
Hazırda elektron “İcazə” blanklarının mübadiləsi və verilməsi hər iki tərəfdə uğurla davam etdirilir.
Digər Xəbərlər
24 Mart 2026 16:01
Qızıl və gümüş bahalaşdı
24 Mart 2026 10:30
Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə və qarabaşaq göndərildi
24 Mart 2026 09:27
Azərbaycan nefti ucuzlaşdı
23 Mart 2026 15:30
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
23 Mart 2026 12:21
“Yalnız qənaətə fokuslanmış nə dövlət, nə də insan inkişaf edə bilməz...”
23 Mart 2026 10:21
“Brent” ucuzlaşdı
23 Mart 2026 09:19
Azərbaycan yapışdırıcı maddələrin istehsalını artırıb
22 Mart 2026 13:01


Bakı -°C

