27 May 2025 18:17
260
İDMAN

Azərbaycan millisinin futbolçusu Niderland klubuna keçdi

Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün yeni klubu bəlli olub.

Adalet.az xəbər verir ki, 26 yaşlı hücumçu Niderland təmsilçisi "Volendam"a keçib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bu mövsüm elitaya vəsiqə qazanan "Volendam" milli üzvü ilə "1+1 illik" müqavilə bağlayıb.

Qeyd edək ki, Ozan Can Kökçü daha əvvəl Finlandiyada HİK komandasının formasını geyinib.