Xabi Alonso “Real”a keçidindən danışdı

“Real”ın yeni baş məşqçisi Xabi Alonso Madrid təmsilçisinə təyinatından danışıb.
Adalet.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında deyib:
“Şübhəsiz ki, bu gün mənim üçün xüsusi gündür. Ömrümün sonuna kimi təyinat tariximi qeyd edəcəyəm. Burada olmaqdan xoşbəxtəm. “Real”ı öz evim hesab edirəm. Bu klubla əlaqəm heç vaxt kəsilməyib.
Mənə elə gəlir ki, bu, yeni dövrün başlanğıcıdır. Florentino Peresə mənə etimad etdiyinə görə təşəkkür edirəm. Hiss edirəm ki, “Real” azarkeşləri buna hazırdırlar və startımızı səbirsizliklə gözləyirlər. Onlar bizim daha da böyük olmağımızı, bu klubun tarixini daha da böyük etməyimizi istəyirlər”.
Qeyd edək ki, Xabinin Madrid klubu ilə müqaviləsi 2028-ci ilə kimi nəzərdə tutulub. O, baş məşqçi vəzifəsində Karlo Ançelottini əvəzləyib və işinə iyulda mövsümöncəsi məşqlərlə başlayacaq.