Azərbaycan mətbuatında "Tərəqqi" dövrü: "Azərbaycanda ilk Avropa tipli qəzet"
jpg-1717831659.jpg)
Azərbaycan və Türkiyə ictimai-siyasi xadimi, mütəfəkkir, publisist, pedaqoq, yazıçı, türkoloq və liberal Kamalizmin banisi Əhməd bəy Ağaoğlu Fransada təhsil aldıqdan sonra geri qayıtdı. 1896-cı ildə Şuşada ilk kitabxana, qiraətxana açdı. 1897-ci ildə H. Z. Tağıyevin dəvəti ilə Bakıya gəlib, "Kaspi" qəzetindəm məqalələr yazdı.
O, həmçinin Ə. Hüseynzadə ilə birlikdə "Həyat" qəzetinə redaktorluq, "İrşad", , "Proqres", "Tərcümani-həqiqət", "Hakimiyyəti-milliyə", "Axın" qəzetlərinə baş redaktorluq edib.
Ağaoğlunun baş redaktoru olduğu qəzetlərdən bir də “Tərəqqi” idi ki, bu gün onun ilk nömrəsinin çapından 116 il keçir.
Qəzetin çıxma səbəb və şərtləri
Əvvəlcə qeyd edək ki, Azərbaycanda mətbuatın genişlənməsi məhz çar Rusiyasının əmrinə əsasən vüsət almışdı. Qafqazı işğal etdikdən sonra Qafqazda rus dilini yaymaq məqsədilə rus dilində mətbuatın güclənməsinə çalışan Rusiya 1870-1899-cu illər arasında Qafqazda 56 adda mətbuatın nəşrinə icazə verdi. . Mütəxəssislərin yazdıqlarına görə, bunların 20-si rusca, 15-i gürcücə, 15-i ermənicə, 3-4-ü isə Azərbaycan dilində idi.
Bax elə həmin dövrdə böyük ziyalı H.Zərdabinin nəşr etdiyi "Əkinçi" qəzetinin ilk nömrəsi 22 iyun 1875-ci ildə işıq üzü gördü. 1905-ci ildən başlayaraq, Bakıda mətbuat sürətlə inkişafa başladı.
Mətbuat azadlığı, o biri tərəfdən onların nəşri üçün maliyyə-pul vəsaitinin olması Bakıda jurnalistlərin sayını xeyli artırdı. Çünki Bakı milyonçularının vəsaiti hesabına xeyli qəzet və jurnal nəşrə başlamışdı.
Məşhur Azərbaycan milyonçusu, xeyriyyəçisi, Azərbaycan neft sənayesinin görkəmli nümayəndəsi Murtuza Muxtarovun vəsaiti ilə işıq üzü görən “Tərəqqi” qəzeti Azərbaycan dilində ictimai-siyasi, iqtisadi, ədəbi bir məcmu oldu.
Panislamist və pantürkist damğası ilə 1908-ci ildə bağlanan "İrşad"dan sonra Əhməd bəy yenidən azad cəmiyyət, müstəqil dövlət və bütöv vətən ideyası ilə işinə sarıldı
Qəzetin adının - “Tərəqqi” sözünün altında “Hürriyyət, müsavat, ədalət” sözləri yazılmışdı. Mənası “İrəliləmə, irəliləyiş, inkişaf” demək idi. “Tərəqqi” əvvəllər həftədə 5 dəfə, ilin axırına doğru gündəlik çıxırdı. Yazarlar isə hürriyyətin, müsavatın, ədalətin əsl aşiqləri olan Məhəmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə, Firidun bəy Köçərli, Ömər Faiq Nemanzadə, Üzeyir bəy Hacıbəyov, Məhəmməd Hadi, Əliqulu Qəmküsar və başqaları idi.
Əməkdar jurnalisti, tarix üzrə fəlsəfə doktoru, "Şərq" qəzetinin təsisçisi və baş redaktoru, "Tərəqqi" və "Azərbaycan Xalq Cümhuriyyəti-100" medalı laureatı Akif Aşırlı araşdırmalarında yazır ki, qəzetin ən fəal əməkdaşlarından və müəlliflərindən biri, bu qəzetdə 100-dən artıq çox qiymətli, müxtəlif janrlı əsəri çap edilən M. Ə. Rəsulzadə "Tərəqqi"-ni Azərbaycanda ilk Avropa tipli qəzet adlandırırdı.
Artıq “Tərəqqi” işıq saçan bir nəşr formalaşmağa, diqqətləri çəkməyə başlamışdı. Eynən “irşad” qəzetində olduğu kimi Əhməd bəy Ağaoğlu yenə qara qüvvələrin hədəfinə çevrildi.O, təqib və mümkün həbslər səbəbindən 1909-cu il iyunun 28-də İstanbula köçməli olur. Bu hadisədən sonra qəzetin baş redaktoru Üzeyir bəy Hacıbəyov olur.
Tarixi qaynaqlarda deyilir ki, "Tərəqqi"-də Ü. Hacıbəyovun müxtəlif janrlarda (siyasi icmal, açıq məktub, elmi-pedaqoji məqalə) 150-dən çox yazısı "Osmanlıda inqilab qoxusu", "İran işləri", "Gələcək Avropa konfransı", "Milli məktəblərdə rus dili tədrisi", "Üsuli-təlim" və s. məqalələri, "Ordan-burdan" ümumi başlıqlı felyetonları) çıxmışdır. N. V. Qoqolun «Şinel» hekayəsi də ilk dəfə Ü. Hacıbəyovun tərcüməsində "Tərəqqi" qəzetində dərc olunmuşdur.
Bir sıra maliyyə çətinliklərinə görə "Tərəqqi" cəmi 434 nömrədən sonra — 1909-cu il oktyabrın 6-da bağlandı.
Bakı milyonçusu Murtuza Muxtarovun vəsaiti ilə çıxan "Tərəqqi" bağlananda Haşım bəy qəzetin mətbəəsini satın almış və XX əsrin əvvəllərində kitab nəşri sahəsində fəaliyyəti ilə seçilən "Səda" nəşriyyatının əsasını qoymuşdu. Eyni adlı qəzet də 25-ci sayından həmin mətbəədə çap olunurdu.
Əntiqə Rəşid
Digər Xəbərlər

İlham Əliyev və Berdiməhəmmədov Şuşada gülləbaran edilmiş heykəllərə baxdılar - FOTOLAR

Səhiyyə nazirliyində Pfizer şirkətinin nümayəndə heyəti ilə görüş keçirildi

36 nömrəli marşrutda nə baş verir?

Liderlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar - FOTOLAR

Qazaxıstan XTQ mənsubları Azərbaycan dronları barədə məlumatlandırıldı

İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov “Sea Breeze”də olublar - FOTOLAR

Köhnə sənədlərlə daşınmaz əmlakın qeydiyyatı asanlaşdı
