06 Fevral 2024 13:22
1895
MƏDƏNİYYƏT

 Azərbaycan mətbəxi  oğurlandı:"Erməni milli yeməkləri" bazası yaradıldı

Ermənilər növbəti dəfə həyasızlıqlarını nümayiş etdirməyə imkan tapıblar. Beləki, Azərbaycan, Türkiyə və şərq kulinariyasının ən populyar və ləzzətli yeməklərindən ibarət sayt yaradaraq onları öz yemək mədənityyətləri kimi qeydiyyata alıblar.


Erməni mediası xəbər verir ki, Ermənistanın qeyri-maddi mədəni İrs” məlumat bazasına ölkə bölgələrində yeməklərin ilkin inventarlaşdırılması nəticəsində tərtib edilmiş “Yeməklər haqqında məlumat bazası” adı altında yeni alt bölmə əlavə edilmişdir.

Bu prosesdə Ermənistanın 40 qəsəbəsi, 20 kəndi və 7 şəhərinin 50 icmasının 10 marzının 160 benefisiarı iştirak edib . Erməni və yezidi milli xörəklərinin 250-yə yaxın elementi inventarlaşdırılıb. İnventarizasiyada dövlət və qeyri-hökumət təşkilatları, özəl qida sənayesi müəssisələri və fiziki şəxslər iştirak ediblər.

İnventarlaşdırmanın məqsədi təkcə bu irs formasının qorunub saxlanmasını və ötürülməsini təmin etmək deyil, həm də onun canlılığını, yayılmasını və populyarlaşdırılmasını təmin etmək üçün ölkə icmalarında mövcud milli yeməkləri toplamaq idi. Bu, həmçinin qastro turizmin və icmaların iqtisadi tərəqqisinə və davamlılığına töhfə verəcək.

Prosesin səmərəliliyini təmin etmək məqsədilə “Xörəklər Bazası” davamlı olaraq yeni elementlər və xörəklərlə bağlı video çarxlarla yenilənəcək, xalqın maarifləndirilməsinə, milli xörəklərin qorunmasına və istifadəsinə töhfə verəcək".
İndi qalır Azərbaycan, Türkiyə və digər şərq ölkələrinin Ermənistanı məhkəməyə verməsi.
Qeyd edək ki, Milli Kulinariya Mərkəzinin sabiq rəhbəri Tahir Əmiraslanov erməni oğurluğuna ən çox məruz qalan sahənin Azərbaycan mətbəxi olduğunu söyləmişdi:"Bu günə qədər 200-ə yaxın Azərbaycan yeməyi erməni adı ilə təqdim olunub. Bu xalq öz varlığını sübut etmək üçün mətbəxə yiyələnmək istəyir. Hələ 2005-ci ildə Avropa Şurası tərəfindən ingilis dilində “Avropanın mətbəx mədəniyyəti” adlı kitab nəşr olunub. Həmin kitabda Azərbaycan mətbəxinin böyük hissəsi erməni mətbəxi kimi təqdim edilib.


Əntiqə Rəşid

 (Adıgedən erməni saytı ilə buradan tanış ola bilərsiniz (https://int-heritage.am/utestneri-shtemaran/)