Azərbaycan manatı ilə bağlı vacib PROQNOZ
Manatın sabitliyi dollar kreditlərinə müsbət təsir edib
Adalet.az xəbər verir ki, bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyindən bildirilib.
“Moody’s”in məlumatına görə, manatın uzunmüddətli sabitliyi bank sektorunda xarici valyutada olan kreditlərin keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Xarici valyuta kreditlərinin payı 2020-ci ildə 30%-dən 2024-cü ildə 16%-ə, 2025-ci ilin sentyabrında isə 14%-ə düşüb.
Agentlik bildirir ki, problemli kreditlər 2024-cü ilin sonunda da təxminən 3% səviyyəsində tarixi minimumda qalıb, həmin kreditlərin ehtiyatlarla əhatə olunması 112% təşkil edib. Qeyri-neft sektorunun güclü fəaliyyəti borcalanların ödəniş qabiliyyətini artıraraq aktiv keyfiyyətini dəstəkləyir.
“Moody’s” qeyd edir ki, Azərbaycan bankları üçün əsas məhdudiyyət yüksək depozit dollarlaşmasıdır. 2025-ci ilin sentyabrında xarici valyuta depozitləri ümumi depozitlərin 38%-i olub (2020-ci ildə 56%). Bununla belə, manatla likvidlik dedollarizasiya və dövlət dəstəyi nəticəsində yaxşılaşıb.
Hesabata görə, müştəri depozitləri bankların əsas maliyyələşmə mənbəyidir və sistem üzrə öhdəliklərin təxminən 75%-ni təşkil edir. Aktivlərin 39%-i likvid vəsaitlərdən ibarət olduğundan bank sektorunun xarici şoklara davamlılığı yüksək qiymətləndirilir.
Digər Xəbərlər
03 Mart 2026 11:24
Ötən ay Azərbaycan türk dövlətləri ilə 500 milyon dollarlıq ticarət aparıb
03 Mart 2026 09:42
Azərbaycan nefti kəskin bahalaşdı
02 Mart 2026 11:46
Azərbaycan–İtaliya biznes və investisiya əlaqələri müzakirə edildi
02 Mart 2026 11:05
“İran ilə ticarət əlaqələrində texniki çətinliklər davam etsə...”
28 Fevral 2026 12:15
“Bu qərar rəqəmsallaşma prosesini daha planlı və koordinasiyalı edəcək...”
28 Fevral 2026 11:30
Rusiya Azərbaycana yeni ticarət nümayəndəsi TƏYİN ETDİ
28 Fevral 2026 09:56
"Rəqəmsallaşma ölkənin texnoloji inkişafına təkan verəcək" - İqtisadçı
27 Fevral 2026 16:06


Bakı -°C

