Kamran Əliyev Braziliyaya getdi
Braziliyanın Belém şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə 30-cu Tərəflər Konfransı — COP30 çərçivəsində “Prokurorluq orqanlarının iqlim idarəçiliyində rolu” mövzusunda plenar iclas keçiriləcək.
Adalet.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti həmin tədbirdə iştirak məqsədilə Braziliyaya səfər edib.
Baş prokuror plenar iclasda çıxış edəcək, iqlim idarəçiliyində hüquq-mühafizə orqanlarının rolu və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi mövzusunda fikirlərini bölüşəcək.
Xatırladaq ki, Bakı şəhərində keçirilmiş COP29 çərçivəsində ilk dəfə Azərbaycanın Baş Prokurorluğunun təşəbbüsü ilə Azərbaycan Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (BMTNCİ) tərəfindən və Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyinin həmsədrliyi ilə Mavi zonada “İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər olunması” adlı yüksək səviyyəli sessiya təşkil olunmuşdu.
COP30 çərçivəsində keçirilən hazırkı sessiya, Bakıda keçirilmiş həmin tədbirin məntiqi davamı xarakteri daşıyır.
Digər Xəbərlər
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45
İrandan Azərbaycana indiyədək 77 ölkənin vətəndaşı təxliyə olunub
23 Mart 2026 17:34
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
23 Mart 2026 17:05


Bakı -°C

