Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə edildi
Azərbaycan və İtaliya arasında iqtisadi sahədə əməkdaşlıq, o cümlədən, nəqliyyat, enerji məsələləri ilə bağlı müzakirə aparılıb.
Adalet.az xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarovanın İtaliya Senatının Avropa İttifaqı siyasəti komissiyasının üzvləri ilə görüşündə danışılıb.
Görüşdə tərəflər arasında humanitar sahədə də əlaqələrin müsbət inkişafı, xüsusilə, Heydər Əliyev Fondunun İtaliyada həyata keçirdiyi layihələrin önəmi vurğulanıb, həmçinin, Azərbaycan-İtaliya Universitetinin fəaliyyəti qeyd edilib. Komissiyanın üzvləri bu universitetin Azərbaycana səfər edən hər bir italyan üçün böyük qürur və fəxr mənbəyi olduğunu qeyd ediblər.
Görüşdə bildirilib ki, bir sıra məsələlərlə yanaşı, tərəflərin müzakirə etdiyi mühüm məsələlərdən biri də ətraf mühitin mühafizəsi ilə əlaqədardır. İtaliyanın Baş nazirinin COP29-da iştirakı da İtaliyanın bu məsələyə böyük önəm verdiyini göstərir.
İtaliya tərəfi COP29-un yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə Azərbaycana, xüsusilə, Prezident İlham Əliyevə təşəkkürünü ifadə edib. Bildirilib ki, COP29-un uğurlu keçməsi və mühüm razılaşmaların əldə edilməsi Azərbaycanın ortaya qoyduğu mövqeyin nəticəsidir. Qeyd edilib ki, hazırda ətraf mühitlə bağlı danışıqlar davam edir və bu da Avropa İttifaqının bu məsələdə maraqlı olduğunun göstəricisidir.
Söhbət zamanı iki ölkənin parlamentləri arasında münasibətlərin inkişafında dostluq qruplarının rolunu qeyd edən Milli Məclisin sədri, bu sahədə qarşılıqlı səfərlərin sayının artırılmasının əhəmiyyətindən danışıb. Spiker bildirib ki, bu səfərlərin intensivliyinin artırılması Avropada Azərbaycan haqqında saxta xəbərlərin yayılması fonunda daha düzgün məlumatların ictimaiyyətə təqdim olunmasına kömək edər.
Görüşdə çıxış edən İtaliya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Marko Skuriya da ikitərəfli əlaqələrin inkişaf perspektivləri barədə fikirlərini bölüşüb. O, AŞPA-da Azərbaycanla bağlı qərəzli mövqeyin nümayiş etdirilməsindən narahatlığını ifadə edib.
Sonra görüş interaktiv formada davam etdirilib, qarşı tərəfin Azərbaycan-İtaliya münasibətləri, Azərbaycanın xarici siyasət prioritetləri, Cənubi Qafqaz regionunda mövcud vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı sualları Milli Məclisin sədri tərəfindən cavablandırılıb.
Digər Xəbərlər
26 Mart 2026 14:28
“İran ABŞ tərəfindən gözlənilən quru əməliyyatlarına hazırlaşır”
26 Mart 2026 14:09
“Bunlar tarixən avam xalqı savadsız saxlayıb...”
26 Mart 2026 13:00
"Naxçıvanla nəqliyyat əlaqələrinin brəpası Orta Dəhlizin səmərəliliyini artıracaq" - Spiker
26 Mart 2026 11:23
İlham Əliyev Banqladeş Prezidentini təbrik edib
26 Mart 2026 11:16
“Paşinyan ağıllansa da, Sarkisyan və Köçəryan...” – Politoloq
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37


Bakı -°C

