adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
20 Sentyabr 2019 15:46
37845
İQTİSADİYYAT

Azərbaycan ilə Hindistan arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycanla Hindistan arasındakı iqtisadi əlaqələrindaha da genişləndirməsi üçün potensial imkanlar mövcuddur, ona görə də Azərbaycanilə Hindistan sahibkarları daha sıx əməkdaşlıq etməlidirlər.

Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətlisəfiri Bavitlunq Vanlalvavna ilə görüşdə Azərbaycan Respublikası Sahibkarlar(İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevtərəfindən səsləndirilən bu fikir ətrafında fikir mübadiləsi aparılmış vəqarşılıqlı faydalı təkliflər müzakirə edilmişdir.

M.Musayev bu sahədə görüləcək işlərdə Azərbaycan SahibkarlarKonfederasiyasının dəstək verməyə hazır olduğunu bildirib. Konfederasiya prezidentininsözlərinə görə, Hindistan ölkəmizdən neft və neft məhsulları idxal edən ənböyük tərəfdaşlardan biridir. Eyni zamanda Hindistanda əczaçılıq, informatikatexnologiyaları, səhiyyə və digər sahələrdə sürətlə inkişaf gedir. Azərbaycandakıinvestisiya mühiti, sahibkarlığa dövlət dəstəyi, aparılan islahatlar haqqındaqonağa geniş məlumat verən M.Musayev, Hindistan sahibkarlarını ölkəmizə investisiyayatırmağa dəvət edərək qeyd etdi: "Azərbaycan coğrafi baxımdan strateji bir məkandayerləşir. Ölkəmizin müxtəlif regionlarında son illərdə sənaye parkları və sənayeməhəllələri yaradılmışdır. Hindistan tekstil, əczaçılıq sənayesi və digər sahələrüzrə həmin aqroparklara investisiya qoya bilər və bununla da böyük bazarlaradaha asan çıxış əldə etmiş olar”.

M.Musayev Hindistana planlaşdırılan səfəri iləbağlı səfirə məlumat verərək, Azərbaycan Sahibkarlar Konfederasiyasının rəhbərikimi sahibkar təşkilatları ilə görüşmək, qarşılıqlı faydalı layihələrin həyatakeçirilməsi üçün münbit şəraitin və investisiya mühitinin olduğunu bildirdi.

Görüşdə Bavitlunq Vanlalvavna qeyd edib ki, hazırdahindistanlı sahibkarlar Azərbaycandakı investisiya imkanlarını araşdırırlar vəbununla bağlı səfirliyə müraciət edilmişdir. Bu sorğulara dolğun cavab vermək vəsərməyə üçün sahələrin cəlbediciliyi barədə bəzi sualları daha ətraflıcavablandırmaq üçün Azərbaycan Sahibkarlar Konfederasiyasının dəstək verməsini xahişedən səfir, əməkdaşlığı daha da genişləndirməyi təklif edib. Onun sözlərinə görə,bu ilin 6-8 noyabr tarixlərində Hindistanın Sənaye Korporasiyası Azərbaycana səfəredəcəkdir. "Nəzərdə tutulmuş bu səfər ikitərəfli əlaqələrin genişləndirilməsi üçünböyük imkanlar yaradacaqdır. Ona görə dəHindistan nümayəndə heyətinin Azərbaycan Sahibkarlar Konfederasiyası üzvləri iləgörüşməsini vacib hesab edirik” deyə səfir vurğulayıb.

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidentisəfirə təkliflərinə görə təşəkkürünü bildirərək, Hindistan investorlarınımaraqlandıran məsələlərdə yardımçı olacaqlarını söyləyib. M.Musayev əməkdaşlığındaha səmərəli şəkildə qurulması üçün hər iki ölkədən daha fəal və bu sahədəmaraqlı olan sahibkarlardan ibarət ikitərəfli Sahibkarlar Şurasının yaradılmasıimkanlarını da nəzərdən keçirməyi təklif edib.

Müzakirələrin sonunda bütün təkliflər üzrə HindistanınAzərbaycandakı səfirliyinin və Azərbaycan Sahibkarlar Konfederasiyasının məsul əməkdaşlarınakonkret tapşırıqlar verilmiş, iqtisadi əlaqələrin genişləndirilməsi üçün bütünimkanlardan maksimum istifadə olunması tapşırılmışdır.

Bununla da görüş başa çatmışdır.