Azərbaycan Gimnastika Federasiyası birinci oldu

Azərbaycan Gimnastika Federasiyası (AGF) 2018-ci ilin yekunlarına əsasən Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən "Mükafatlandırılan Federasiyaların" siyahısına daxil olub.
AGF-dən Adalet.az -a verilən məlumata görə, federasiya siyahıda yenidən birincidir. AGF ötən il olduğu kimi, bu il də öz nümunəvi fəaliyyəti ilə, bütün diqqətləri üzərinə toplamağı bacarıb.
Yüksək səviyyədə təşkil olunmuş gimnastikanın 3 növü üzrə Dünya Kuboku, FIG Akademiyasının bədii, idman və aerobika gimnastikası üzrə məşqçilik kursları, FIG-nin Ali orqanı olan Konqresi, beynəlxalq yarışlar və digər iclasların yüksək səviyyədə təşkili, həmçinin FIG-nin tanıdığı gimnastikanın 6 növü üzrə yarışlarda intizamlı şəkildə qeydiyyatdan keçərək, aktiv iştirakı Beynəlxalq Gimnastika Federasiyası tərəfindən bu dəfə də dəyərləndirilmiş və federasiyamız birinciliklə mükafatlandırılmışdır.
Qeyd edək ki, özündə 148 federasiyanı birləşdirən FIG-nin reytinq siyahısında Azərbaycan Gimnastika Federasiyası stabil olaraq 2014, 2015 və 2016 -ci illərdə 10 ən güclü federasiyaların sırasında, 2017-ci ildə isə ilk pillədə qərarlaşıb.
Digər Xəbərlər

Mbappe xəstəxanaya yerləşdirildi

Azərbaycan millisinin Ukrayna yığması ilə səfər oyununun yeri açıqlandı

"Real Madrid"in futbolçusu "Fənərbağça"ya keçə bilər

"Mən televiziyaya çıxmaq üçün işləmirəm" - Qurban Qurbanovla söhbət

Klublararası dünya çempionatında qrup mərhələsinin ilk turu bitdi

“Qarabağ” rəsmiləri Ali Koçla görüşdü - FOTO

İstənilən çətinliyə baxmayaraq ilk matça hazır olmağa çalışacağıq - Qurban Qurbanov
