adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
27 Avqust 2014 15:01
11628
ƏDƏBİYYAT

Azərbaycan folklorunun hüquqi problemləri

Azərbaycanədəbiyyatının zənginliyində, dərinliyində onun folklorunun da böyük əhəmiyyətivar. Azərbaycan folkloru xalqın yüksək mənəvi əxlaqidəyərlərini, etik və estetik düşüncəsini, adət-ənənələrini, etiqadlarını, vətənpərvərlikvə bir çox insani duyğuları özündə birləşdirib tərənnüm edir. Folklor da eləxalqın özü kimi canlıdır – doğulub, var olub və indi də yaşamaqdadır. Çünkiinsan mövcud olduqca, mütləq müxtəlif duyğularından, dəyişən adətlərindən, həttacəmiyyətdəki inkişafdan yeni fikirlər formalaşaraq ağız ədədbiyyatınıyaşatmaqda davam edəcək. Başqa sözlə millət yaşayırsa folklor da onunla yeni nəfəsalacaq. Folklorumuz - onun müxtəliflikləri, zənginlikləri yazılı ədəbiyyatımızıda formalaşdırmaqda yardımçı olub. Amma bəzən folklorumuzu elə ilk növbədəözümüz istismar edir, xalqa aid olan ümumi dəyərləri özəlləşdiririk.  Qeyri-maddi mədəni irsin hüquqi qorunma probleminiaraşdıran hüquşünas Səməd Vəkilov bildirir ki, Azərbaycan folklor  nümunələrindən birçox hallarda ölkə daxilində ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindənqeyri-qanuni istifadə hallarına rast gəlinir. Onun sözlərinə görə ayrı-ayrıfiziki və hüquqi şəxslər milli folklor nümunələrinə əmtəə nişanları alaraqonların yayım və istifadə hüququna məhdudiyyətlər qoyurlar. Göstərilən hallardaha çox uşaq folkloru nümunələrinə münasibətdə rast gəlinir: " Məsələnbiri "Cırtdan” adında jurnal buraxır və gedib əmtəə nişanı alır ki, bundanbaşqa heç kim bu addan istifadə etməsin. Bu yanlış bir yanaşmadır, çünki "Cırtdan”uşaq folkloru nümunəsidir. Bunu heç kim əmtəə nişanı alıb özününküləşdirə bilməz”.

 S.Vəkilovqeyd edib ki, bumənada Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda hazırlanmış "Azərbaycan FolklorNümunələrinin Hüquqi Qorunması və Milli Reyestrinin AparılmasıStrategiyası" adlı sənəd bu sahədə aparılanişə ən gözəl tövhədir. Sözügedən sənəd üçün əsas hüquqi baza AzərbaycanRespublikasının Milli Təhlükəsizlik Konsepsiyası, Elm Strategiyası vəYUNESKO-nun konvensiyaları olub. Hazırlanmış sənəd Azərbaycan folklorşünaslığıqarşısında yeni vəzifələr müəyyən edərək  onun dünya elminəinteqrasiyasını qarşısına məqsəd qoyub. Sənədin əsas hədəfləri Azərbaycanınmilli maraqlarını qorumaq onun mədəniyyətinin tədqiqi və mühafizəsini təminetməkdir.

S.Vəkilov əlavə edib ki, Azərbaycan folklor nümunələrinin hüquqi qorunmasıproblemi bir sıra hüquqi və elmi-nəzəri məsələləri ehtiva edir. Hüquqiaspektdən yanaşıldıqda Azərbaycan folkloru nümunələrinin qorunmasının təminedilməsinə ilk növbədə milli qanunvericiliyin təkmilləşdirilməsi vacibdir.

Milliqanunvericiliyin təkmilləşdirilməsi dedikdə "Folklor nümunələrinin hüquqiqorunması haqqında" Azərbaycan Respublikasının qanununa dəyişikliklərinedilərək, həmin qanunun mükəmməlləşdirilməsi nəzərdə tutulur. HəmçininAzərbaycan folklorşünaslığının elmi-nəzəri konsepsiyasının hazırlanması da məhzbu sahədə milli qanunvericiliyin təkmilləşdirilməsinin tərkib hissəsidir.

Qeyd edək ki, Azərbaycan folklorunun yazıyaalınmasının ilk mərhələsi 1830-1900-cu illər arasını əhatə edir. Azərbaycanşifahi xalq ədəbiyyatı nümunələrinin kütləvi şəkildə toplanmasının başlıca mərhələsi1900-1920-ci illər arasında olmuşdur. Bu dövrdə Eynəli Sultanovun və MahmudbəyMahmudbəyovun şifahi xalq ədəbiyyatı nümunələrinin toplanması, nəşri və tədqiqisahəsindəki fəalliyyətləri folklorşünaslığımızın ilk addımları hesab edilir.Görkəmli ədəbiyyatşünas Firudin bəy Köçərli folklorşünaslığımızın tarixinə təkcətoplayıcı kimi deyil, həm də Azərbaycan folklorşünaslığının yaradıcısı kimidaxil olmuşdur.

Azərbaycan folklorunun ilk örnəkləri isəyazılı şəkildə qədim yunan tarixçisi Herodotun "Tarix" əsərində (e.ə.V əsr) bizə gəlib çatmışdır. Bunlar – qədim Azərbaycan dövləti Midiyanınsüqutunun və İran dövləti tərəfindən işğalının səbəbləri haqqında xalq bədii təfəkkürününməhsullarıdır. Bu əfsanələr "Astiyaq", "Tomris" və başqaadlarla Herodotun əsərində yazıya alınmışdır. Herodot, Azərbaycan əfsanələrinidə yüksək bədiiliklə işləmiş və təsirli psixoloji səhnələr yaratmağa müvəffəqolmuşdur.