"Azərbaycan-Ermənistan sülhü üçün bütün şərtlər var" - Kreml
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlamaq üçün bütün ilkin şərtlər var.
Adalet.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya Qarabağda davamlı atəşkəsə və təxliyə edilmiş mülki şəxslərin geri qaytarılması ehtimalına ümid edir.
Kremlin sözçüsü əlavə edib ki, regionda (Cənubi Qafqaz-red) nəqliyyat dəhlizlərinin açılması ilə bağlı hələlik heç bir konkretlik yoxdur.
Peskov Rusiya sülhməramlılarının Qarabağda həlak olması ilə bağlı araşdırmanın aparıldığını da söyləyib. O qeyd edib ki, Rusiya sülhməramlıları Qarabağdakı insanların təhlükəli əraziləri tərk etmələrinə kömək etmək üçün hər cür səy göstəriblər.
Digər Xəbərlər
05 Oktyabr 2026 17:26
Mirzoyan və Əraqçi TRIPP layihəsinin imkanlarını müzakirə ediblər
05 Oktyabr 2026 17:15
Rusiya azərbaycanlıların da olduğu Türkiyə gəmisini vurdu - Kapitan həlak olub
05 Oktyabr 2026 13:52
Fiziologiya və ya tibb üzrə Nobel mükafatı laureatları məlum oldu
05 Oktyabr 2026 13:47


Bakı -°C

