adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
20 Mart 2017 15:07
12162
MARAQLI

Azərbaycan ən xoşbəxt ölkələrin siyahısındadır

Dünya Xoşbəxtlik Günü münasitəbilə 155 ölkənin xoşbəxtlik göstəriciləri açıqlanıb.

Adalet.az xəbər verir ki, BMT-nin sorğusu əsasında "Sustainable Development Solutions Network" şirkəti tərəfindən aparılan araşdırmada ən xoşbəxt ölkələrinin hesabatları açıqlanıb.


Norveç dünyanın ən xoşbəxt ölkəsi seçilib. Reytinqdə sonrakı yerləri Danimarka, İslandiya İsveçrə, Finlandiya, Hollandiya, Kanada, Yeni Zelandiya, Avstraliya və İsveç tutub.

Qafqaz ölkələrindən Azərbaycan reytinqdə 85-ci yerdədir. Ermənistan 94-cü, Gürcüstan isə 125-ci yerdə qərarlaşıb. Bu siyahıda ABŞ 14-cü, Rusiya isə 49-cu olub. Sonuncu yerlərdə isə Tanzaniya, Burundi və Mərkəzi Afrika Respublikası qərarlaşıb.

Qeyd edək ki, bu gün dünyada Beynəlxalq Xoşbəxtlik Günü qeyd olunur.