Azərbaycan dünyada internet xidmətlərinə görə neçənci yerdədir?
Beynəlxalq qiymətləndirmə (Business Ready – B-READY 2025) rəsmi olaraq artıq açıqlanıb. Hesabat Dünya Bankı tərəfindən 30 dekabr 2025-ci il tarixində yayımlanıb.
Adalet.az xəbər verir ki, Dünya Bankının Business Ready (B-READY) 2025 hesabatına əsasən, Azərbaycan kommunal xidmətlər sahəsində, xüsusilə internet xidmətləri üzrə yüksək nəticə əldə edib.
Hesabata görə, Azərbaycan internet xidmətlərinin əməliyyat effektivliyi üzrə 101 ölkə arasında 5-ci yerdə qərarlaşıb (31.05 xal ilə 5-ci yer). Eyni zamanda, tənzimləyici keyfiyyət (30.83 xal ilə 17-ci yer) və idarəetmə-şəffaflıq göstəriciləri (29.17 xal ilə 27-ci yer) üzrə də ölkə ilk 30-luqda yer alıb.
Ümumilikdə, kommunal xidmətlər indikatoru üzrə Azərbaycan 83.05 xal ilə 25-ci mövqedə qərarlaşıb və bu nəticə ilə region ölkələrini qabaqlayıb. Qeyd edək ki, kommunal xidmətlər sahəsində ölkəyə ən çox töhfə verən alt-indikator məhz internet xidmətləri olub.
Business Ready qiymətləndirməsi dövlət xidmətlərinin keyfiyyəti, tənzimləmə mühiti və əməliyyat effektivliyini ölçən beynəlxalq metodologiyaya əsaslanır və 2025-ci il hesabatında 101 ölkəni əhatə edir.
Digər Xəbərlər
26 Dekabr 2025 15:06
Bakcell lotereyasında 12-ci avtomobil uduldu!
17 Dekabr 2025 18:03
“Bakcell” “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu - FOTOLAR
17 Dekabr 2025 09:20
Əldə telefonla gəzməyin təhlükəsi
16 Dekabr 2025 15:32


Bakı -°C

