Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının üzvlərinə fəxri adlar verilib

Azərbaycan prezidenti İlham Əliyev Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının üzvlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Adalet.az-ın məlumatına görə, Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının aşağıdakı üzvlərinə Azərbaycan Respublikasının fəxri adları verilib:
"Əməkdar incəsənət xadimi”
Atayev Fəxrəddin Qəhrəman oğlu
"Əməkdar artist”
Əliyev Telman Adil oğlu
Əsədov Çingiz Eynulla oğlu
Qubadov Ceyhun Şahbala oğlu
Şahmuradova Nigar Oqtay qızı
Şahmuradova Viktoriya Aleksandrovna
Talıbzadə Xuraman Səmədağa qızı.
Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Ağaverdi Ağa Əli oğlu Paşayev "Şöhrət” ordeni ilə təltif edilib.
Digər Xəbərlər

ADY gücləndirilmiş iş rejimində fəaliyyət göstərir

“Azərsun Holdinq” Qurban bayramında minlərlə ailəyə bayram sovqatı hədiyyə edib

Leyla Əliyevanın təşəbbüsü ilə Yevlaxda ailələrə qurban payları çatdırılıb
