"Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək" - Prezident
Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşan “ASAN xidmət”in fəaliyyəti BMT tərəfindən də yüksək qiymətləndirilir. “ASAN xidmət”in 2015-ci ildə BMT-nin “Dövlət Xidmətləri Mükafatı”na, 2019-cu ildə isə “Rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində Xüsusi Mükafat”a layiq görülməsi nailiyyətlərimizin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.
Adalet.az xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin “BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə hazır təsisatların inkişafı” beynəlxalq tədbirinin iştirakçılarına müraciətində yer alıb.
Dövlətimizin başçısı müraciətində, həmçinin qeyd edib: “BMT ilə əməkdaşlıq bu təcrübəmizin daha geniş coğrafiyada təşviqi üçün yeni imkanlar yaradır. 2024-cü ildə Azərbaycan ilə BMT arasında imzalanmış Töhfə Sazişi “ASAN xidmət” nümunəsinin dörd qitədə təbliğini ehtiva edir.
Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək, keyfiyyətli dövlət xidmətlərinin göstərilməsi istiqamətində beynəlxalq fəaliyyətə töhfə verəcəkdir”.
Digər Xəbərlər
05 Noyabr 2026 10:30
İlham Əliyev Sammit iştirakçılarına müraciət ünvanladı - YENİLƏNİB
05 Noyabr 2026 10:10
“Avropa ABŞ ilə yanaşı Hindistanın da hərbi istehsalından faydalanır”
05 Noyabr 2026 10:09
Türkiyədə Azərbaycan barədə nə düşünürlər? - VİDEO
05 Noyabr 2026 10:05
"Ümid edirik ki, Tramp sülh təşəbbüslərini davam etdirəcək” – Peskov
04 Noyabr 2026 22:43
Ərdoğan Azərbaycanın hava məkanında İlham Əliyevə səmimi arzularını çatdırdı - VİDEO
04 Noyabr 2026 18:49
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
04 Noyabr 2026 18:43
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı PAYLAŞIM - VİDEO
04 Noyabr 2026 17:02


Bakı -°C

