adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
01 Sentyabr 2014 21:23
7774
ƏDƏBİYYAT

Azərbaycan Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edəcək

Azərbaycansentyabrın 3-dən 7-dək Moskvada keçiriləcək XXVII Beynəlxalq KitabSərgi-Yarmarkasında təmsil olunacaq. Mədəniyyət və Turizm NazirliyindənAdalet.az-a verilən məlumata görə, milli stendə "Bakı-2015” Birinci AvropaOyunları ilə bağlı reklam vasitələri yerləşdiriləcək, beynəlxalq tədbirhaqqında informasiyaların əks etdirildiyi broşür və bukletlər paylanılacaq.

 

Sərgi çərçivəsində X Beynəlxalq Kitab Sənəti müsabiqəsində qalibgəlmiş kitabların mükafatlandırılması mərasimi keçiriləcək.

 

Qeyd edək ki, 1987-ci ildən etibarən hər il keçirilən MoskvaBeynəlxalq Kitab Sərgi-Yarmarkası dünyanın nüfuzlu sərgilərindən biri hesabolunur. Hər il sərgidə yerli və xarici nəşriyyat-poliqrafiya müəssisələri,kitab sənəti ilə məşğul olan təşkilatlar iştirak edir.