adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
29 Oktyabr 2019 16:54
16294
SİYASƏT

Azərbaycan Avronest PA-nın Büro iclasında təmsil olunacaq

Milli Məclisin deputatı Sahibə Qafarova Avronest PA-nın Büro iclasında iştirak etmək üçün oktyabrın 30-da Ukraynanın paytaxtı Kiyev şəhərinə səfərə gedəcək.

Milli Məclisdən verilən məlumata görə, tədbirdə Avronest PA-nın fəaliyyəti ilə bağlı məsələlərə baxılacaq.

Deputatımız Büro iclasında müzakirəyə çıxarılan məsələlərə aid fikir və təkliflərini bildirəcək.

Səfər oktyabrın 31-də başa çatacaq.