Azər Baxşəliyev əməliyyatdan özü imtina edib - RƏSMİ
Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi (ODTKM) aktyor Azər Baxşəliyevin böyrək köçürülməsi əməliyyatının gecikdirilməsi ilə bağlı iddialara cavab verib.
Mərkəzdən Adalet.az-a bildirilib ki, aktyor Azər Elxan oğlu Baxşəliyev 20 fevral 2024-cü ildə Mərkəzdə böyrək çatışmazlığı ilə əlaqədar qeydiyyata düşüb:
"2024-cü ilin oktyabrın 3-ü qohum olmayan canlı donorla müraciət edib və sənədlərin yığılması üçün məktub göndərilib. 2024-cü il oktyabrın 16-da xəstəxana sənədləri ODTKM daxil olub. Oktyabrın 31-də Etika Komissiyasına sənədləri göndərilib. Lakin Etika Komissiyasından Azər Baxşəliyevin transplantasiya əməliyyatı olunmaqdan könüllü surətdə imtina etdiyi bildirilib".
Xatırladaq ki, A.Baxşəliyev yanvarın 5-i poliorqan çatışmazlığı səbəbindən vəfat edib.
Digər Xəbərlər
17 Dekabr 2025 14:45
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi - FOTOLAR
16 Dekabr 2025 18:13
6 yaşlı Ucalın köməyinizə ehtiyacı var - FOTO
16 Dekabr 2025 10:07
Xəstənin yaşayış yerində epidemioloqun vəzifələri
16 Dekabr 2025 10:02


Bakı -°C

