adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
15 Aprel 2019 15:16
22235
ƏDƏBİYYAT

“AYRILIQ DA,ÖLÜM DƏ, NƏ OLAR, OLMAYAYDI…” - BAHAR BƏRDƏLİ yazır

Iyirmi il bundan əvvəl yazılıb bu xatirə.

O zaman qəzetlərdəvə kitabda çap olunub.

Bu gün onu yenidənoxucuların diqqətinə

çatdırmaq istədim.Təkcəona görə yox ki,qarşıdan

ustad şair RəsulRzanın doğum günü gəlir.Həm də

ona görə ki,maraqlıdı bu günün ədəbiyyat

müəllimləri dərslərininecə qururlar? Ədəbiyyatın

yaradıcılarını yeni nəslə necə təqdim edirlər?


Ruhunuzşad olsun, Rəsul Rza,

Nigar xanım, Aliyə müəllimə…

1974-cü il idi.Mən orta məktəbinsonuncu sinfində oxuyurdum.Ədəbiyyat dərslərində artıq son dövrü- Sovet ədəbiyyatını öyrənirdik.Bu ədəbiyyatı yaradan yazıçı-şairlərimizin hələ çoxuyaşayırdı və yazırdı.Onları şəxsən görən ədəbiyyat müəlliməmiz Aliyə xanım dərslərielə maraqlı,canlı keçirdi ki,sanki biz hər hansı şair-yazıçı haqqında kino-filməbaxırdıq.

Bu dərslər içərisində bütün təfərrüatı ilə ənçox yadımda qalanı "Rəsul Rzanın həyat və yaradıcılığı” olub.Müəllimə əvvəlcə onun həyatı haqqında danışdı.Anadan olduğu Göyçayı,onunçinarlarını həvəslə,ilhamla təsvir etdi.Bu "Çinarlı şəhər” bizə bəlkə ona görəyaxın və dogma idi ki,Bərdədə və orta məktəbində oxuduğumuz Şirvanlı kəndindəbelə əzəmətli çinarlar çox idi.Yol boyu əkilmiş bu çinarların kölgəsi özündən dəböyük,əzəmətli,əsrarəngiz idi.Kənd Bərdə-Ağdam-Şuşa yolunun üstündə salınıb.Deyilənəgörə məşhur yazıçılarımızdan Ə.Haqverdiyev və N.Vəzirov burdan Ağdama,Şuşayakeçəndə bu çinarların altında-onun kölgəsində mütləq əyləşib çay içərmişlər.(Çoxtəssüf ki, indi o cinarlar öz ömürlərini bir insan ömrü kimi yaşayıb bu kənddənköçüblər.)

Sonra Aliyə müəllimə Bakını təsvir,tərənnümetdi.Paytaxtın coşğun,qaynar həyatını şairlərin həyatı ilə müqayisə etdi.Dahasonra Gəncənin,Göygölün təkrarolunmaz gözəlliklərindən söz açdı.Və Nigar xanımıbu gözəlliyin fövqündə vəsf etdi.Ən maraqlı hadisə bu iki gəncin Bakıda tanışolmaları və az sonra tanışlığın ailə həyatıqurulmasına gətirib çıxartması idi.

"Kino-filmin” kuliminasiya nöqtəsi bu ailədəbir oğlanın dünyaya gəlməsi və ona ad qoyulması mərasimidi! ( Lap "Dədə Qorqud”filmində ad qoyma səhnəsi kimi). Nigar xanımla Rəsul müəllim uşağa yaxşı adqoymaq üçün çox fikirləşirlər.Nəhayət belə bir adı Nigar xanım " kəşf” edir! Bəli-bəli,sözün əsl mənasında, kəşf edir.Yəni Anan Nigar, Atan Rəsul –sözlərinin baş hərflərinigötüb ANAR adını yaradır! Ad Rəsul müəllimin də çox xoşuna gəlir. Beləliklə,oğlanın adı Anar qalır.

Sonralar bu ad çox populyar oldu.O illərdə,yəni70-80-ci illərdə doğulan oğlan uşaqlarının əksəriyyətinə bu adıqoymuşdular.Adin geniş yayılmasına Aliyə müəllimə belə münasibət bildirmişdi: həroxuyan Molla Pənah olmadığı kimi, hər doğulan da Anar ola bilməz.Çünki bu adxüsusidir!

Lakin müsahibələrinin birində onun adının mənasını soruşan jurnalistə Anar müəllim belə cavabvermişdi:"Bu söz anmaq mənasındadı”.Əlbəttə, Anarın bu cür açıqlaması Nigar,RəsulRza pərəstişkarlarını təəccübləndirsə də,fikir öz qüvvəsində qalırdı.Adın bucür qoyulması təkcə bizim ədəbiyyat müəllimimizin ideyası deyildi.Bütün ədəbiyyat müəllimləri adın mənasınıbu cür izah etmişlər.Belə olmasaydı başqa-başqa jurnalistlər tez-tezAnarın adının mənasını soruşmazdılar.Doğurdan, çox maraqlıdı ki,görəsənhardan,necə doğmuşdu adın bu cür izahı? Bəlkə hər iki şairə hörmətdən,məhəbbətdənyaranmışdı,qaynaqlanmışdı?!

Növbəti dərsdə söhbət Rəsul Rzanın yaradıcılığından gedirdi.Aliyə müəllimə onunşeirlərini elə söyləyirdi ki,sanki şairin bir anlıq düşüncələrinin rəsmini çəkirdi:

Sığınmışıq qəlbimə:

Ümid,

Şübhə,

Kədər və mən….

Xeyli keçib gecədən…

Demək,şair hardasa bir yağışlı,küləkli,zülmət gecəyədüşüb.Səhərin açılmasını həsrətlə gözləyir.Kimsə yoxdu,yalnız qəlbinə sığınmışümid,şübhə,kədərdi, bir də özü… Səhər nə vaxt gələcək! Günəş nə vaxt güləcək,ilahi!Eləbil özüm düşmüşdüm bir qaranlıq, zülmətgecədə keçilməz cəngəlliyə! Geriqayıtmağa yol tapmırdım.Ancaq inanırdım ki, kimsə gəlib məni bu dardan qurtaracaq! Bəlkə də buşerin təsiri, əks-sədası idi ki, sonralar mən əlimə qələm alıb şeir yazanda bumisraları da yazacaqdım:

Yalqız otaq,

Yalqız ürək,

Birdə mən…

Gözlərimdə həsrətin övladı

bir qara bulud nəm…

Onu yağdıracaq bir dəli sevinc istəyirəm!

İldırımtək gələ,

Toqquşub o buludla,

Şaqqıldayıbyağa!

Açıla gözlərim

Təmiz səmatək gülə!

Eh, birləşib kədərlə qəm,

Tutubtəkliyin əlindən

Sıxırlar buludu,

Buludolub su,

Axır yanağım boyu…

Rəsul Rzanın "Qızıl gül olmayaydı…” poeması və Aliyə müəllimənin bu əsərə çəkdiyi "kino-xronika” isə daha dəhşətli idi. Poema indi dərsliklərəsalınıb.Lakin o vaxt yalnız adı çəkilirdi. "Lenin” kimi əzəmətlə səslənənpoemanın kölgəsində qalmışdı.Bəlkə də 37-dən bəhs etdiyi üçün o qədərişıqlandırılmırdı.Baxmayaraq "təqsirkarlara”bəraət verilmişdi!

Əsərona görə əziz və həm də nisgilli,dəhşətli idi ki,çılğın,nakam şairimiz Müşfiqdənvə onun Dilbərindən danışırdı.

Yenəbir qaranlaq gecədə-artıq ümidin də,inamın da doğranıb şübhə,kədərlə dəfn ediləndənsonra şairin qapısı döyülür:

-Görəsən kimdir gələn!?

-Mən!

Açdım qapını.

Baxdım,baxdım…

Yox,tanımadım…

….Başında bir nimdaş şal,

Saçları ağ –

İllərlə bağlı sandıqda qalıb,

Şəfəqini itirmiş

Adicə gümüş kimi…

Gözləri cüt qara ulduz-

Quyuya düşmüş kimi…

Kim idi gələn? Müşfiqin ilham pərisi! Həmişə yenilməzgörkəmi,şux gözəlliyi ilə şairin ağlını başından alan,Xəzərin cilvəlisularında,qumlu sahillərində tərənnüm etdiyi Dilbər! İndi isə aşiqinin ölümündənsonra nimdaş paltarda,gözləri quyuya düşmüş kimi görünən, beli bükülmüş,kökündənqoparılıb atılmlş,bird aha pardaqlanmayacaq qızılgül! Kaş bu qızılgül nəolaydı,nə də belə əzabla solaydı!

…Tikanlı gecələr,

Xəfəli günlər…

Bir yandan sevinc,nəğmə,

Bir yandan hıçqırıqlar…

Sürgünlər…

Bu otuzyeddinci ilin mənzərəsidi! Bu dəhşətli mənzərənibiz yalnız bu əsərdən öyrənmişik.Çünki Azərbaycan tarixi belə aydın,dəqiq, beləsəmimi təsvir olunmurdu.Hələ də 37-dəndanışmaq çətin idi.O günlərin üstündən sükutla keçilirdi.Qəbristanlığınyanından sükutla keçilən kimi…

Və biz düşünürdük görəsən, Müşfiqkimi odlu-alovlu bir şairi,şeirdən,nəğmədən yoğrulmuş,ğözlərində günəş parlayanbu növcavanı məhv edənlər insan idimi?!

***


Aliyə müəllimə"Lenin” poemasını bizə belə xarakterizəetmişdi:”-Əsər çox lirik səpkidə yazılmış bir epopeyadır.Onun arxasında tarixişəxsiyyət durur.Sosializm cəmiyyətinin yaradıcılarından biri və onun ilkqurucusu olan insan.Fərqi yoxdu bu insanın qurduğu düvlətdən kimlər necəistifadə etdi.Əsas o idi ki, Marksın,Engelsin yalnız təsvir etdiyi bir cəmiyyətin varlığını Lenin həyatakeçirib subut eləyə bilmişdi.Bu cəmiyyət özündən əvvəlkilərdən köklü surətdə fərqlənirdi.Nəbol kasıbı vardı, nə də çox varlısı.Hamı bərabər işləyib, bərabər yaşamalı idi.Bu Lenininböyük arzusu,baş planı idi.Bu arzuya cilid-cilid kitablar həsr etmişdi. RəsulRza isə poemasında bu yaradıcı insanın obrazını yaratmışdı.Onu istənilən səviyyədə,yetərincətəsvir,tərənnüm edə bilmişdi.Dəxli yoxdu Leninin arzuları həyata keçdi,ya yox.Məgərhər arzu-xəyal həyata keçirmi? Əsər isə əsərdir!Bütün işığı,ümidi,günəşi,zərrin şəfəqlərilə birgə! Hələ on ikinci əsrdə BöyükNizami dühasının yaratdığı cənnət-dövlət kimi,onun qurucusu kimi!”

***

Aliyə müəlimə R.Rza ilə yanaşı Nigar xanımın yaradıcılığından dadanışırdı.Yadımda deyil o vaxt Nigar yaradıcılığı dərsliyə salınmışdı ya yox.Ancaq N.Rəfibəyli həm Rəsul Rza obrazının açılmasında,daha çoxişıqlanmasında şəfəq rolunu oynayırdı,necə deyərlər,aysberqin görünməyən tərəfinəişıq salırdı.Həm də öz lirik "mən”ilə meydana çıxırdı.

"-Müharibə illərində R.Rza da öz qələmini süngiyə çevirmişdi.Onundöyüşə,cəbhəyə getməyini Nigar xanım belə vəsf edir:

Get sevgilim,uğur olsun,

Sən mərdvuruş,sən mərd dayan!

Qoru təmiz eşqimizə

Gülümsəyən al səhəri!

Ilk gəncliyin şən çağında

Çiçək açan bu yerləri,

Qoru, əziz xatirələr dolu olan

Butorpağı!

...Sən zəfərlə ana yurda

Döndüyün vaxt,o gün səhər

Mən qarşına çıxacağam

Qucağımda al çiçəklər!!!

"Heç birşairi döyüşə gedəndə onu özündən başqa kimsə qələmə almayıb,R.Rzadan başqa.Çünkionun şairə Nigarı vardı. Lap Koroğlunun Nigarı kimi!”- Aliyə müəllimənin sözləridi...

1980-ci il idi.Mən Bərdə rayon Qullar kənd 8-illik məktəbində tədrisişləri üzrə direktor müavini işləyirdim.Məktəbdə birinci böyük işim Ədəbiyyat kabineti yaratmaq oldu.Əyani vəsaitbol idi.Bütün klassiklərimizdən tutmuş bu günə kimi yaşayıb yaradanyazıçı-şairlərimizin portretləri də həmçinin.Divar boyu "Orta əsr-intibahdövrü”, "XİX əsr ədəbiyyatçılarımız” rubrikaları idi. "XX əsrin ədəbiyyatınıyaradanlar” bir cərgədə düzülmüşdü və R.Rza,N.Rəfibəylinin portretləriləbaşlayırdı.Bundan sonra Müşfiq,S.Vurğun və s. gəlirdi.Portretlər çoxcanlı,yaraşıqlı çıxmışdı.Üzləri şüşə ilə örtülmüşdü.Pəncərəsi bağçaya baxan bukabinet-otağın işıqları həmişə yanırdı.Kabineti həm mən,həm də ədəbiyyat müəlliməsiRuhangiz Səfərova çox ehtiyatla,diqqətlə qoruyurduq.Bəzi dəcəl şagirdləri olansiniflərin burda dərs keçməsinəqısqancılıqla yanaşırdıq.Şagirdlərin özləri də bunu yaxşı bilirdi.Onlar daotağın təmiz,səliqəli qalmasınaçalışırdılar.

Bir gün tənəffüsdə müəllimlər otağına gələn iki qız məni kabinetəçağırdı.Hər ikisinin heyrətdən gözləri böyümüşdü.Mən tez kabinete qacdım,şəkilləriyoxladım. Hamısı sağ-salamat yerində idi.Otağın küncündə Səxavət adlı oğlanağlayırdı.Beşinci sinifdə oxuyan,çox dəcəl,şıltaq şagird idi.Səs-küyə müəllimlərinəksəriyyəti də kabinetə yığışdı.Növbətçi qızlarhadisəni fövqaladə bir iş kimi danışırdılar:

-Otağagirdik ki,Səxavət ayağının altınastol qoyub,çıxıb yuxarı Nigar

Rəfibəylininyanağından öpür!

Hamı çönüb Nigar xanımın şəklinə baxdı.Şəkildən çox bədii sənət əsəriidi bu.Aşağıda

Günəşdən gənclik istədim,

İnsanlardan məhəbbət...-

misraları irihərflərlə yazılmlşdı.Şairə öz dünyasındabir xoş təbəssümlə gülümsəyirdi.Mənə elə gəldi ki, Cokonda təbəssümü bunun yanında sönükdür,yalandı.Bütünportiretlərdən öz şirinliyi ilə seçilib fərqlənən bu rəsm elə bil bir az da gözəlləşmiş,füsünkarolmuşdu.Əl-ayağı,üstü, başı toz-torpaqiçində olan kənd uşağının diqqətinə bax! Uşaq gözümdə dəyişmişdi. Kimsənin hələbir söz demədiyinə baxmayaraq o,qorxusundanmı,xəcalətindənmi (qızlar buməsələni müəllimlərə deyiblərsə, yəqin ki, bütün şagirdlərə də çatdıracaqlar!)hələ də ağlayırdı.Şagirdə deməyə söz tapmırdıq. Gülməkdən özümüzü güclə saxlamışdıq.Lakin bununla belə onu tənbehetmək lazım idi ki, bir də belə iş tutmasın,çünki rəsmin şüşəsi düşüb sına bilərdi.

İlk danışan Təyyar müəllim oldu:

-Bala,qorxmursan Nigarın yanında dağ kimi dayanmış Rəsul Rzadan? Ordan düşər, səniqulaqlarından divara asar!

Nigarxanımdan fərqli olaraq R.Rzanın şəkli çox ciddi, bir az da sanki acıqlı təsirbağışlayırdı.

-Yaxşı,Təyyarmüəllim,bir də belə iş tutmaz.Adam anasının özünü də öpər,şəklini də.Amma bucür toz-torpaqlı üst-başla yox.Gündəlik dərsə hazırlıqsız gəlməklə yox.Nigarxanım səliqəli,yaxşı oxuyan şagirdləri çox sevir.

O gündən dəcəl Səxavət xeyli dəyişmişdi.Dərslərə hazır gəlirdi.Xüsusiləədəbiyyat dərsinə. Həm də çox səliqəli geyinirdi.

Bu sətrləri yazdıqca fikirləşirdim ki,görəsən indi də ədəbiyyat dərsləri belə maraqlı keçirmi? Sonra da öz-özümədüşündüm: nə qədər ki,Aliyə müəllimlərin yetirmələri var,yaşayır nəinki ədəbiyyat,lapriyaziyyat dərsləri də ədəbiyyatın təbliğinə, insan qəlbinin təmizliyinə,paklığınaxidmət edəcək! Təki ölkəmiz müstəqil olsun və biz bu müstəqilliyi qoruyub saxlaya bilək!

Bakı, 2000-ci il