Ayıbınıza kor olun - Rza Rzayev yazır

RZA RZAYEV
107 | 2025-08-19 18:29

Yaxşı ki, Daxili İşlər Naziri Vilayət Eyvazovdur, ərəblərin etdiklərini ərəblərə bağışlamayan Odur!

Sizə qalsaydı…

Neçə illərdir ölkəmizdə ərəblərin etdiyi hərəkətlərdən, əməllərdən, yaratdıqları problemlərdən danışırlar, amma səbəblərə gələndə çoxluq susur.

Ərəblərin bu gücünün, bu özgüvənin səbəbi nədir?

Niyə demirsiniz, yazmırsınız?

Bir-ikisini yazım, oxuyun!

Ərəblər Azərbaycanı “gəzməyə” gəlirlər… ( əlim belə gəlmir ki, gerçəyi yazam)

Onlara bu şəraiti pul qarşılığında ərəblər yaradır, ya azərbaycanlılar?!

Hər gün hamının gözünün qarşısında küçədə qızlara, qadınlara söz atan, dayancaqda marşrut gözləyən qızlara, qadınlara maşın saxlayan ərəblərdir, ya azərbaycanlılar?!

Cavan müəllimləri kabinetinə çağırıb adının mənasını soruşan , “sənin adının mənası gözündən atəş , od yağan“ deməkdir - deyən ərəblərdir, ya azərbaycanlı sapıq məktəb direktoru?!

“Qız uşaqları (söhbət şargirdlərdən gedir, FETÖ məktəblərində tətbiq olunan qayda) topuqdan geyinməlidir, hamımız kişiyik axı, hissimiz var”- deyən ərəblərdir, ya azərbaycanlı sapıq məktəb direktoru?!

Bu əxlaqsızlığa üsyan edənlərə işini itirməməsi üçün şər-böhtan atan bir qrup müəllimlər, oxumayan uşaqlarına yaxşı qiymət yazılması üçün şər-böhtan atan bir qrup valideynlər ərəblərdir, ya azərbaycanlılar?!

Bu əməlləri edən, sözləri danışan sapıq məktəb direktoru arvadı və qaynı ilə üzərimə hücum edəndə, eynəyi ilə alnını qanadıb hay-küy salanda, “Rza müəllimi vurub” - sosial şəbəkələrdə hay küy salan ərəblər idi, ya azərbaycanlılar?!

Ərəblərin etdiyi hərəkətlər - susduğunuz anların, kor olduğunuz əməllərin və yediklərinizin qarşılığıdır!

Ayıbınıza kor olun, barı çox səs- küy salmayın!!!

TƏQVİM / ARXİV