Ayaqyolu qazarkən insan skletləri tapıldı: Mingəçevirdə
Mingəçevirdə insan skletləri üzə çıxıb.
Adalet.az Unikal.org-a istinadən xəbər verir ki, hadisə şəhər hüdudlarında yerləşən fərdi təsərrüfatlardan birində qeydə alınıb. Şəhər sakini Elçin Namazov həyətyanı sahəsində ayaqyolu tikintisi üçün yer qazarkən yerin altından insan meyitinin qalıqları tapılıb. Hadisə barədə hüquq-mühafizə orqanı əməkdaşları məlumatlandırılıb. Əraziyə baxış zamanı bir başqa insan meyitinin qalıqları da aşkar edilib.
Qeyd olunan ərazinin köhnə qəbiristanlıq yeri olduğu ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
01 May 2024 09:43