adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
13 Oktyabr 2017 15:43
54243
MÜSAHİBƏ

AY LAÇIN, CAN LAÇIN, CAN SƏNƏ …

Səndənbaşqa biz hamımız ölə billik…

Səndənbaşqa biz hamımız ölə bilmədik, amma biz hamımız ölsəydik də, qorumağa gücümüz çatmazdı. Əliyalın Laçın, üstünə gələn düşmən isə ən müasirsilahlarla, tanklarla, raketlərlə gəlir, arxasında da Rusiya başda olmaqla dünyagücləri durub. Nə isə…

İşğaldansonra Laçın camaatı əsasən Ağcabədiyə sığındı. Burda dədə-baba qışlaqları vardı,həmin qışlaqlara. Nə zülm, nə əziyyət… Amma sonra ölkənin iqtisadi gücü artdı, Taxtakörpüdeyilən yerdə böyük bir qəsəbə salındı və eləcə də ərazidə başqa qəsəbələr salındı,hər cürə də şərait yaradıldı. Amma Laçınsız Laçın...

HəminLaçınsız laçınlılardan biri də adı son zamanlar gündəmdən düşməyən Füzuli Tanrıverdiyevdir.Saytlarda və sosial şəbəkələrdə onu «Vətən xaini» adlandırıb az qala güllələnməsini tələb edirlər. Bunun kökündə də Füzulinin MöhtərəmPrezidentimiz İlham Əliyevlə Bərzaninin görüşdüyübir şəkli paylaşması durub.

F.Tanrıverdiyevözü Laçın rayon İcra Hakimiyyəti başçısıaparatının hüquq şöbəsinin müdiri vəzifəsində çalışır. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Yeni Azərbaycan Partiyasının üzvüdür, milliyyətcə də kürddü.

Redaksiyamıza birməktub ünvanlamışdı. Dəvət elədik, redaksiyayagəldi və məsələyə aydınlıq gətirməsini istədi.

- 2014-cü ilin martındanhüquq şöbəsinin müdiri işləyirəm. İndiyəqədər heç bir qanun pozuntusuna yol verməmişəm,rəhbərlik tərəfindən heç bir intizam cəzası almamışam.

- Yaxşı, onda bunə məsələdi ki, belə partladı?

- Facebook sosialşəbəkəsində sentyabr ayında iki profildən insanların arasında çaşqınlıq yaradacaqstatuslar və rəylər yazılırdı. Belə yazılarınbirində kürd millətinin ünvanına qeyri-etik və xoşagəlməz ifadələr yazılmışdı.Mən də buna öz etirazımı bildirdim. Türkləkürd qardaşdılar və həmişə də qardaş olaraqqalacaqlar. Kimlərsə bu xalqların arasına nifaq salmağa çalışır və istəyinə də az-çox nailolurlar, necə ki çanağı da mənim başımda sındırdılar. Sentyabrın 25-də gecə saatlarında həmin profillərdən mənəməxsus profilimə bir link göndərildi. Mən əhəmiyyət vermədim, cavab da yazmadım.Sentyabrın 26-da isə bəzi saytlar mənim haqqımda həqiqətə uyğun olmayanyazılar dərc etdilər.

- Bəs, sizin fikirləriniziöyrənmək istəmədilər?

- İstəyənlər oldu,amma mən bildirdim ki, heç bir açıqlama verməyəcəm.Buna baxmayaraq, mənimlə telefon əlaqəsisaxlayan bəzi jurnalistlər açıqlama verməməyimə baxmayaraq, telefonda danışdığımı təhrif etdilər və öz saytlarında öz düşündüklərikimi də açıqlama verdilər. Onlar məni elə təqdim etdilər ki, sankiŞimali İraqdakı Kürdüstan muxtar vilayətində referendumu mən keçirmişəm, Kərküküdə mən işğal etmişəm, Məsud Bərzani də mənim diqtəmlə oturub-durur.

- Bəs, şəkil paylaşmısızaxı?..

- Nə şəkil paylaşmışam ki?! Möhtərəm Prezidentimizlə MəsudBərzaninin görüşdüyü bir şəkildi. Burda bircinayətmi var və yaxud təxribatmı var? Əgər bugün hansısa bir şəkil paylaşmaqla nəsə qazanmaq olarsa onda gəlin CənubiAzərbaycana, Dərbəndə, Borçalıya, Göyçəyə, Vediyə, Zəngəzura, İrəvana, Qarabağaaid şəkilləri paylaşaq, beləliklə də dədə-babatorpaqlarımızı geri qaytaraq. Əgər mən özmilli mənsubiyyətimi sevməsəm, istəməsəm, deməli, o zaman bu o deməkdir ki, heçbir xalqı, heç bir milləti istəmirəm. Allahməni kürd yaradıbsa, burda mənim günahımnədi?

- Referendumu dəstəkləməksöhbəti…

- Ay qardaş, nə dəstəkləmək?İndi bir şəkil paylaşmaqla separatçımı olduq?Deyək ki, bir-iki gün ərzində şəkil profildə olub. Mənim 38 yaşım var, bu 38 ilnecə adlanır?

- Əsgərlikdə olmusuz?

- Əlbəttə. Özü dəbir zabit kimi Milli Ordumuzun şərəfini qorumuşam və bu gün də qorumağa hazıram. Özü dəbilirsiz harda qulluq eləmişəm? Daşkəsəndə, təmas xəttində səngərlərdə. Səngəri də öz arzumla seçmişdim.Müdafiə nazirindən xahiş eləmişdim ki, məniən çətin şəraiti olan bir bölgəyə, düşmənləüzbəüz bir səngərdə xidmətə salsın. Kürdlərhər zaman Azərbaycana sadiq olublar. Bir yerdə düşmənə qarşı vuruşublar. Nə qədər şəhid veriblər, neçəMilli Qəhrəmanı var. Bu, bu gün də belədir, sabah da belə olacaq. Biz dövlətimizə, dövlətçiliyimizə, Ulu ÖndərimizHeydər Əliyev ideyalarına, Möhtərəm Prezidentimiz İlham Əliyevə sadiqik, hər zamanda Vətən yolunda canımızdan keçməyə hazırıq. Mən aldığım ali təhsilə, həyatda tutduğumvəzifəyə və mövqeyə görə doğma Azərbaycanımaborcluyam. Və həyatda bütün qazandıqlarımagörə Möhtərəm Prezident cənab İlham Əliyevə minnətdaram. Ali Baş Komandan olaraq onun döyüş əmrini gözləyənzabitlərdən biri də mənəm.

Mən Azərbaycan xalqına,Azərbaycan dövlətinə, Azərbaycan Prezidentinəömür boyu sadiq olmağımla fəxr etmişəm və bu gün də bu sədaqət yüksələn xətt üzrəartmaqda davam edir.

- Amma saytlarda belə bir açıqlamanı da yaymışdılar ki,deyirsən «mən Füzuli Tanrıverdiyevəm və sözümün üstündə dururam». Bu da anlaşılmadı.

- Qoy bu suala onuyazan jurnalist özü cavab versin. Mənimlə telefonda nə danışıb? Həmin lenti çıxarsınortaya və olduğu kimi paylaşsın. Qoy görsünlər ki, mən hansı məsələyə görə bu sözüdemişəm. Bu ikimizin arasında olan bir söhbətdi, özü də tamamilə başqa bir məsələdi. Mən o məsələni sizə də açıqlamaram.Çünki iki kişinin arasında olan söhbəti ictimailəşdirməyi özümə sığışdırmıram. Buyursun, həmin lenti yayınlasın.Amma montaj eləmədən, olduğu kimi. Amma heç mən də istəmərəm ki, o bunu yayınlasın.Gərək belə eləməyəydi, mənim dediklərimiümumi kontekstdən çıxarıb yayınlamayaydı.

- Siz hüquqşünassınız, niyə məsələni hüquqimüstəvidə həll etmirsiz?

- Bir daha deyirəm,bəzi müxalifyönlü saytların mənim barəmdə yaydığı məlumatlar yalandı, böhtandı,tamamilə əsassızdı. Həddən artıq şişirdilmiş, diqqət cəlb etmək üçün məxsusi şəkildə qabardılmış və məqsədli şəkildəyayılmış məlumatlardı. Qaldı hüquqi müstəviyə, mən dörd dəfə Laçın rayon rəhbərliyinə,rayon icra hakimiyyətinə qarşı yazılmış məqalələrlə bağlı, daha dəqiq desək, böhtanvə iftiralarla bağlı bir hüquq şöbəsininmüdiri kimi məhkəməyə müraciət etmişəm. Həmin məhkəmələrin dördünü də udmuşam.Hələ jurnalistlərdən biri böhtan və təhqirəgörə həbs də olunub. Mən orda Laçının, Laçın camaatının mənafeyini güdmüşəm. Özüm isə Laçının bir fərdiyəm, qoy yazsınlar.Məhkəməyə verməyəcəm, amma Laçının və laçınlıların mənafeyinə toxunulacaq hər hansıbir məqalə, bir yazı olarsa yenə də mən məsələni hüquqimüstəviyə çıxararam. Türklərin yaxşı birşüarı var, kürd-türk qardaşdı, bu qardaşlığı pozmaq istəyənlər isə kalleşdir. Bu qardaşlığın arasına girmək istəyənlər, nifaq salmaq istəyənlərisə ətlə-dırnağın arasına girmiş çöp kimidir. Bir az ağrıdar, amma sonra özü çürüyübdüşər.

Və sonda bir sözdə demək istəyirəm. Hörmətli millət vəkilimizFazil Mustafa mənim haqqımda «harınlamış məmur» ifadəsi işlədib. Hörmətli millətvəkilini məmnuniyyətlə yaşadığım evə dəvət edirəm. Gəlsin görsün harınlamış məmurhansı şəraitdə yaşayır. Ailəmlə Bərdədə çınqıl karxanasındakı yarıuçulu bir binanıniki otağına sığınmışıq. Möhkəm yağış yağanda da evdə vedrə-vanna qalmır,düzürük yağışın altına. Amma mən Fazil müəllimə həmin yaşadığım mənzildə gözəl bir laçınlısüfrəsi açaram.

P.S. Biz Füzuli Tanrıverdiyevinfikirlərini olduğu kimi sizə təqdim etdik.Sizlərin də fikrini təqdim etməyə hazırıq.


Əbülfət MƏDƏTOĞLU