adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
12 Aprel 2018 11:29
13552
KRİMİNAL

Axtarışda olan 317 nəfər saxlanılıb

Aprel ayının 10 günündə respublika üzrə 981 cinayət faktı qeydə alınıb.

Adalet.az Daxili İşlər Nazirliyinin (DİN) saytında yer alan məlumatlara istinadən bildirir ki, aprel ayının 1-dən 10-dək axtarışda olduğuna görə 317 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Bu müddətdə cinayət törətməkdə şübhəli bilinən 248 nəfər saxlanılıb.