adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
19 May 2020 19:33
9609
SAĞLAMLIQ

Avropada mentollu siqaretlərin satışı və istifadəsi qadağan edildi

Avropada mentollu siqaretlərinsatışı və istifadəsi mayın 20-dən etibarən qadağan edilir.

"HaberGlobal” məlumat verir ki, Avropa Ədalət Məhkəməsinə mentollu siqaretlərinqadağan edilməsinə qarşı edilən etirazprosesi dayandırmaq üçün kifayət etməyib.

Avropa İttifaqının (Aİ) 2014-cü ildə qəbul etdiyi və 2016-cı ildə qüvvəyə minmiş Tütün Direktivinə uyğun olaraq, Aİ ölkələrində mentollu tütün məhsullarına qadağa tətbiq olunub. Siqaret bazarında satış payı 3 faizdən çox olan mentollu siqaretlərin sağlamlığa zərərli olduğu və tütün qoxusunun qarşısını alaraq, siqaret çəkməyətəşviq etməsi səbəbindən qadağan edildiyi bildirilir.

Ümumdünya Səhiyyə Təşkilatı dünyada hər il təxminən 8 milyon insanın siqaret çəkdiyi üçün erkən yaşda öldüyünü qeyd edib.