adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
19 Mart 2024 11:09
2375
İQTİSADİYYAT

Avropa Rusiya taxılına görə rüsumları qaldıracaq

"Financial Times" yazır ki, "fermerləri sakitləşdirmək üçün, Avropa Komissiyası yaxın vaxtlarda Rusiya və Belarusiyadan alınan taxılın həcminin azaldılması məqsədiylə hər tonu üçün 95 avro rüsum tələb edəcək. 

 Mətbu orqanın məlumatlarına görə, avropa hakimiyyətləri tətəfindən düşünülmüş bu addım, taxılın qiymətinin 50 faiz artmasına gətirib çıxaracaq. Həmçinin süd məhsullarına və onun istehsalına lazım olan məhsulların da qiymətlərinə 50 faiz rüsum tədbiq ediləcək.

 Bu qərarın verilməsinə əsas səbəb Avropa İttifaqı ölkələrində başlayan etiraz dalğalarının qarşısının alınmasıdır.  Etirazçı fermerlər Ukraynadan alınan kənd təssərrüfatı məhsullarına yenidən rüsumlar qoyulmasını tələb edirlər.  Rusiyadan idxal olunan məhsulların qadağan edilməsi ilı bağlı bir çox avropalı siyasətçilər də çıxış edirlər. 

  Avropa ölkələri hazırda Rusiyadan, 2023-2024cü yarımilliklərdə 39 milyon tona yaxın taxıl istehlak ediblər.

 Rüstəm Hacıyev