"Avropa Parlamenti Azərbaycanın daxili işlərinə müdaxilə etməyə çalışır" - Spiker
"AŞPA və Avropa Parlamenti Azərbaycanın daxili işlərinə müdaxilə etməyə çalışır".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Bakıda keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransında deyib.
Onun sözlərinə görə, parlamentlərin bugünkü fəaliyyətinə uzun illərdir formalaşmış parlamentarizm ənənələrinin təsiri böyükdür: "Bu ənənəyə misal olaraq, Azərbaycan Xalq Cümhuriyyətinin parlament təcrübəsini qeyd etmək olar".
Spiker hazırda bəzi ölkələrin parlamentlərinin hansısa siyasi qüvvələrdən təsirlənməsindən təəssüfləndiyini bildirib:
“AŞPA və Avropa Parlamenti kimi qurumlar Azərbaycana qarşı böhtan xarakterli iş aparır, ölkəmizin daxili işlərinə müdaxilə etməyə çalışırlar. Bunun səbəbi Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi, müstəqil siyasət yürütməsidir”.
Digər Xəbərlər
25 Sentyabr 2026 21:35
Ceyhun Bayramov ATƏT-in baş katibi ilə sülh prosesini müzakirə etdi
25 Sentyabr 2026 20:04
Nazir İƏT iclasında çıxış etdi - Ermənistanla sülhdən danışdı
25 Sentyabr 2026 20:00
Ceyhun Bayramovun sədrliyi ilə TDT XİN Şurasının iclası keçirildi
25 Sentyabr 2026 19:52


Bakı -°C

