adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
29 Avqust 2014 21:28
4783
SİYASƏT

Avropa İttifaqının komissarı Azərbaycana gələcək

Avropa İttifaqının (Aİ) Genişlənmə vəAvropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle sentyabrın 8-9-daAzərbaycanda səfərdə olacaq. Adalet.az Avropa İttifaqının Azərbaycandakınümayəndəliyinə istinadən bildirir ki, səfərdə məqsəd Bakıda Aİ-nin "ŞərqTərəfdaşlığı" proqramının iştirakçısı olan ölkələrin XİN rəhbərlərininqeyri-formal görüşündə iştirak etməkdir.


Bu görüşün keçirilməsitəşəbbüsü ilə Azərbaycan tərəfi çıxış edib.

 

Ş.Fülenin Azərbaycan rəsmiləri ilə Aİ vəAzərbaycan arasında əməkdaşlıq məsələlərini müzakirə edəcəyi gözlənilir.

 

Qeyd edək ki, sentyabrın 8-də "ŞərqTərəfdaşlığı" ölkələrinin xarici işlər nazirlərinin qeyri-formal görüşüilə yanaşı, sentyabrda 9-da Bakıda "Şərq Tərəfdaşlığı" ölkələrininenergetika və iqtisadiyyat nazirlərinin də qeyri-formal görüşünün keçirilməsiplanlaşdırılır.