Avropa İttifaqında avtomobil satışları azalıb
Avqust ayında Avropa İttifaqında avtomobil satışları illik ifadədə 18,3 faiz azalıb.
Adalet.az xəbər verir ki, bu barədə Avropanın Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatında deyilir.
Satış həcmində azalma Avropanın bütün böyük avtomobil bazarlarında qeydə alınıb. Ümumilikdə isə ötən ay Avropa İttifaqında 643,6 min avtomobil satılıb. Almaniyada satışlarda 27,8 faiz, Fransada 24,3 faiz, İtaliyada 13,4 faiz, İspaniyada isə 6,5 faiz azalma müşahidə olunub.
Eyni zamanda, Avropa İttifaqında elektriklə işləyən avtomobillərin satışı 43,9 faiz azalıb. Almaniyada isə bu göstərici 68,8 faizə çatıb. Ümumi satış həcmində elektromobillərin payı 14,4 faiz olub, halbuki ötən il bu göstərici 21 faiz idi.
Digər Xəbərlər
03 Oktyabr 2024 19:01
Bu küçədə velosiped zolağı salınır
03 Oktyabr 2024 17:49Bu küçədə avtobus zolağında vaxt məhdudiyyəti tətbiq edildi
03 Oktyabr 2024 14:32«QARAGİLƏ» MAHNISI YENİ ORANJEMANDA
03 Oktyabr 2024 09:08Bakının bu yollarında tıxac var - SİYAHI
02 Oktyabr 2024 15:46