adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
20 Dekabr 2018 12:14
12786
KRİMİNAL

Avropa çempionunu öldürən azərbaycanlıya 18 il cəza kəsildi

Rusiyanın Xabarovsk diyar məhkəməsi pauerliftinq üzrə Avropa çempionu Andrey Draçevu öldürən azərbaycanlı Anar Allahverənova hökm oxuyub.

Adalet.az Rusiya KİV-nə istinadən xəbər verir ki, məhkəmə hökmü ilə ona 18 il həbs cəzası verilib.

O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Xatırladaq ki, Allahverənov və Draçev arasında dava 2017-ci il avqustun 20-də Xabarovsk şəhərinin mərkəzində baş vermişdi.(modern.az)