Avropa çempionatında idmançımızın çiyni çıxdı
Muay Tay üzrə milli komandamız iyulun 1-i Çexiyanın paytaxtı Praqada start götürən Avropa çempionatında mübarizəyə qoşulublar.
Adalet.az xəbər verir ki, təmsilçilərimizindən dünya çempionuCabbar Mustafayevcəmi bir döyüş keçirə bilib.
Fransalı idmançı ilə qarşılaşan C.Mustafayev döyüşə üstünlüklə başlasa da, ikinci raundda çiyni çıxıb. Bu səbəbdəno, döyüşü davam etdirə bilməyib.
Qeyd edək ki, iyulun 7-dək davam edəcək yarışa Muay Tay və Tayboks Federasiyasının prezidenti Azər Həsənsoyla yanaşı, məşqçi Şəhriyar İsayev və iki idmançı – dünya çempionu Cabbar Mustafayev (63,5 kq), Avropa Kubokunun mükafatçısı Məhəbbət Hümbətov (67 kq) yollanıb.