Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin (UAESEB) XVII Forumu işə başlayıb
Türkiyənin Ankara şəhərində Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin (UAESEB “Türk dünyasının təhsil qurultayı” mövzusunda XVII Forumu keçirilir.
Adalet.az xəbər verir ki, tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsinin sədri Araz Paşayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.
UAESEB-in və Türk Eğitim-Sen-in sədri Talip Geylan iştirakçıları salamlayaraq iclası rəsmi olaraq açıq elan edib.
Türk dünyasının müxtəlif ölkələrindən dəvət olunan həmkarlar ittifaqlarının rəhbərləri, professor-müəllim heyəti, hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri elm və təhsil sahəsində əməkdaşlığın əhəmiyyətindən söz açıblar. Sonra “XXI əsrdə türk təhsil vizyonu”, “Təhsildə rəqəmsal transformasiya və süni intellekt əsaslı ortaq layihələrin təşkili” və “Türk dünyasında təhsil işçiləri həmkarlar ittifaqlarının gələcəyi və hüquqi mübarizə” mövzularında plenar sessiyalar öz işinə başlayıb.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev “Türk dünyasında təhsil işçiləri həmkarlar ittifaqlarının gələcəyi və hüquqi mübarizə” mövzusunda keçirilən plenar sessiyada çıxış edib.
Çıxışı zamanı o, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti cənab Sahib Məmmədovun səmimi salamlarını tədbir iştirakçılarına çatdırıb və qeyd edib ki, Konfederasiya rəhbərliyi UAESEB ailəsi ilə əməkdaşlığa xüsusi önəm verir.
Araz Paşayev bildirib ki, ETİHİ 405 mindən çox elm və təhsil işçisini birləşdirən ən böyük sahə həmkarlar ittifaqıdır və təhsil işçilərinin əmək, sosial və iqtisadi hüquqlarının müdafiəsini prioritet istiqamət kimi müəyyənləşdirib.
Forum digər qonaqların çıxışları və müzakirələrlə davam edib.Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin (UAESEB) XVII Forumu sabah, sentyabrın 3-ü işini yekunlaşdıracaq.
Qeyd edək ki, UAESEB 2006-cı ildə Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan elm və təhsil işçiləri həmkarlar ittifaqları təşkilatlarının birgə təşəbbüsü ilə təsis edilib. Bu qurum 10 təhsil işçiləri həmkarlar ittifaqı təşkilatını özündə birləşdirir. ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev bu Birliyin İdarə Heyətinin üzvüdür.
Digər Xəbərlər
14 Mart 2026 17:36
“Nəticədə ən yaxşı ixtisaslara ən yaxşı əzbərləyənlər daxil olur...”
13 Mart 2026 12:40
"Bu, 50 minə yaxın müəllimin ixtisarı riskini yaradır" - Vitse-spiker
13 Mart 2026 09:25
Onlar direktor müavini təyin edildilər
12 Mart 2026 14:49
Magistratura imtahanının nəticəsi açıqlandı
12 Mart 2026 10:29
Buraxılış imtahanında 62 mindən çox şagird iştirak edəcək
11 Mart 2026 12:12
Riyaziyyat fənnindən sualllar çətin olub...
11 Mart 2026 11:53
Dövlət qulluqçusu olmaq istəyən 1600-dən çox namizəd imtahan verəcək
10 Mart 2026 20:22


Bakı -°C

