Tibb Universitetinə mətbuat katibi təyin edildi
Azərbaycan Tibb Universitetində yeni kadr təyinatı həyata keçirilib.
Adalet.az Musavat.com-a istinadən xəbər verir ki, jurnalist Həqiqət İsabalayeva universitetin mətbuat katibi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Həqiqət İsabalayeva uzun illər müxtəlif media və dövlət qurumlarında fəaliyyət göstərib. O, bir müddət “Kaspi” gündəlik ictimai-siyasi qəzetində çalışıb. Daha sonra Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsində məsul katib, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində redaktor, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində isə Maarifləndirmə şöbəsinin müdiri vəzifələrində işləyib.
Son təyinatadək Bakı Mühəndislik Universitetində fəaliyyət göstərən Həqiqət İsabalayeva yeni vəzifəsində ictimaiyyətlə əlaqələrin təşkili və universitetin informasiya siyasətinin həyata keçirilməsinə cavabdeh olacaq.
Digər Xəbərlər
15 Aprel 2026 15:45
Bazar günü 37 mindən çox şəxs imtahan verəcək
15 Aprel 2026 13:10
Peşə hazırlığında yeni ixtisaslar olacaq - RƏSMİ
15 Aprel 2026 12:33
Bakı Xoreoqrafiya Akademiyası ilə Ardahan Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
14 Aprel 2026 11:04


Bakı -°C

