adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
22 Oktyabr 2014 17:33
9874
MARAQLI

Aviaqəzalardan sağ çıxan məşhurlar

Məşhuradamların həyatda bəxtləri gətirmiş insanlardan olduğunu düşünürük. Elədir kivar! Onlar nəinki şöhrət sarıdan bəxtəvər olurlar, həm də həyatları da sankisığortalanmış olur. Məsələn, tanınmış simaların əksəriyyəti qəzalardan möcüzəvişəkildə sağ-salamat çıxmış insanlar olur. Yadımdadır, Türkiyədə ağır zəlzələolanda, insanların ağlına gələn və yüksəkdən düşündüyü ilk sual belə oldu: "Buqədər zəlzələ qurbanlarının arasında niyə bir dənə də olsun tanınmış adamyoxdu? Yoxsa zəlzələ də onları sayıb hörmət edir?”

Budəfə isə aviaqəzalar tanınmışları tanıyıb onlara "ilişməyib”. Rusiyamətbuatının araşdırmasına görə, təyyarə qəzalarında bəxtləri gətirmiş məşhurlarheç də az deyil. Onların başında ABŞ prezidenti Barak Obama gəlir. Vaxtiləaviaqəzada bəxt onun üzünə gülməsəydi, prezident ola bilməyəcəkdi, yənidünyadan elə senator olaraq köçəcəkdi.  Beləki, 2008-ci ildə İllinoys ştatının senatoru olan Obamanın olduğu kiçik təyyarəeniş edərkən digər bir təyyarə ilə toqquşur. Amma pilotun səriştəsisərnişinlərin yüngül xəsarətlə qurtulmasına imkan verir.  

2000-ciildə Hollivud aktrisası Sandra Ballokun sərnişi olduğu təyyarə gecə reysiedərkən havanın qatı dumanlı olmasından məcburi eniş edir. Bu təyyarədə başqabirisi ilə toqquşur. Təyyarənini korpusu ciddi xəsarət alsa da, sərnişinlərarasında yaralananlar olmur.

Dahabir Hollivud aktyoru Conni Dep Meksikaya uçan təyyarədə sağ-salamat enməsi üçünAllaha yalvarmalı olur. Təyyarənin mühərriki qəfil xarab olduğundan 2 dəqiqəlikgərginlik yaşanır. Üzüaşağı uçan təyyarə sərnişinlərə dəhşət yaşadır. Dahasonra qəzayla bağlı müsahibə verən aktyor həmin 2 dəqiqə ərzində öləcəyinidüşündüyünü bildirmişdi: "İnsanlar bir-birlərinin üzünə baxırdılar. Hamı şokdaidi və düşünürdük ki, vəssalam, indi öləcəyik!”.